Mobil versiya
"Bakıya gəlirdi ki, mənimlə evlənsin, amma qəzaya düşüb öldü"
Tarix: 08-07-2017 | Saat: 16:57
Bölmə:Dünya / Karusel | çapa göndər

"Bakıya gəlirdi ki, mənimlə evlənsin, amma qəzaya düşüb öldü"


ATV-də yayımlanan "Vicdan haqqı" serialının Nərmini, cazibədar aktrisa Yağmur Şahbazova yeniçag.az-a müsahibə verib.

AİA.Az müsahibəni təqdim edir:

- Yağmur, bildiyimə görə peşəkar aktrisa deyilsən. Bəs necə oldu ki, seriallara dəvət aldın?

- Əslində, mən əvvəllər model kimi fəaliyyət göstərmişəm. Heç aktrisa olmağı da planlaşdırmamışdım. Bilirsiniz ki, anam Esmiralda Şahbazova, İrəvan Dram Teatrının aktrisasıdır, əməkdar artistdir. Anam "Tək olanda qorxma" serialına çəkilirdi, bir dəfə onunla mən də getdim. Rejissor məni gördü və həmin seriala dəvət etdi.

- Amma etiraf edək ki, tamaşaçı səni "Vicdan haqqı" serialında tanıyıb sevdi?

- Mən özüm də bunu etiraf edirəm ki, rejissor Rövşən İsax demək olar ki, məni aktrisa kimi kəşf etdi.

- Canlandırdığın obraz necə qarşılandı?

- Mən Türkiyədən hamilə qayıtmış bir qızın obrazını canlandırırdım. Əvvəlcə bəzi insanlar bu rolu o qədər də müsbət qarşılamadı, mentalitetimizə yad hadisə kimi qəbul etdi. Amma sonradan obrazı anlamağa başladılar. Başa düşdülər ki, həmin oğlanın fikri ciddi idi. Hətta arxamca Bakıya gəlirdi ki, mənimlə evlənsin, amma yolda qəzaya düşüb öldü.

- Mentalitetə uyğun olmayan belə bir obraza çəkilərkən, "ətrafdakılar nə deyər" fikrinə görə, tərəddüd hissi keçirtmədin ki?

- Bir az tərəddüd hissi oldu, amma obrazla tanışlıqdan sonra gördüm ki, rolda heç bir açıq-saçıqlıq yoxdur. Çəkildim və insanlar tərəfindən də maraqla qarşılandı.

- Həyatda Nərminin qarşılaşdığı hadisə öz başına gəlsəydi, necə hərəkət edərdin?

- Belə hadisə başıma gəlmədiyi üçün fikir bildirə bilmərəm. Amma onu deyə bilərəm ki, heç bir valideyn istəməz qızının başına belə hadisə gəlsin. Hər halda, valideyn üçün bu, dəhşətdir.

- Ümumiyyətlə, elə səhnələr varmı ki, heç vaxt o səhnələrə çəkilməzsən?

- Var. Açıq-saçıq, eyni zamanda yataq səhnələrinə heç vaxt çəkilmərəm. Çünki bilirəm ki, bu səhnələr mentalitetə zidd hərəkət kimi dəyərləndiriləcək.

- Yəni cəmiyyətdə qınağa tuş gəlməkdən qorxduğun üçün razılıq verməzsən?

- Bəli. Cəmiyyət belə səhnələrə hazır deyil, onlar belə obrazları qəbul etmir.

- Gözəl qızların ətrafında oğlanlar həmişə çox olur...

- Mən oğlanlardan qaçıram, boş-boş münasibətlərə vaxt ayırmıram. Yazırlar, sevgilərini bildirirlər, amma əhəmiyyət vermirəm.

- Həmkarlarından fərqli olaraq, nədənsə, sosial şəbəkədə də fəal deyilsən...

- Mən sosial şəbəkələrdən həmişə uzaq olmuşam. Yalnız "Vicdan haqqı" serialında çəkiləndən sonra feyzbuk və instaqrama daxil oldum. Demək olar ki, yalnız instaqramda varam.

- "Gözəl qızların bəxti gözəl olmur", deyirlər, düzdür?

- Belə deyirlər, amma məndə hər şey yaxşıdır.

- Gözdən-nəzərdən qorxmursan ki?

- Əslində, qorxuram, çünki mənə xoş sözlər deyiləndən sonra adətən, başım ağrıyır. Bununla belə, nəzərdən qorunmaq üçün hər hansı bir vasitədən istifadə etmirəm.

- Gözəlliyin sənətində sənə yol açıb?

- Təbii ki, ilk baxışda görünüşüm diqqət çəkib. Amma istedadın olmasa, gözəllik həmişə köməyə çatmır. İstedad da olanda, gözəllik də onun üstünə əlavə olunur.

- Səni həyatda ən çox nə qorxudur?

- Şər-böhtandan çox qorxuram. Başıma da gəlib. Amma bu barədə danışmaq istəmirəm.

- Haqqında yayılan elə bir şayiə olub ki, eşidəndə şoka düşmüsən?

- Olub. Amma bunu demək istəmirəm.

- Reaksiyan necə olub bəs?

- Ağlamışam.

- Necə bir oğlanla ailə qurmaq istərdin? Özün kimi yaraşıqlı olsun?

- Yox, mənim üçün xarici görünüş önəmli deyil.

- Bəs imkanı?

- Qətiyyən. Əsas olan insani keyfiyyətləridir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024