Mobil versiya
"Çılpaq şəkillərini yollayıb "Sənin üçün hər şey edərəm" deyirlər" - EBRUDAN İNANILMAZ AÇIQLAMA
Tarix: 08-07-2017 | Saat: 16:53
Bölmə:Dünya | çapa göndər

"Çılpaq şəkillərini yollayıb "Sənin üçün hər şey edərəm" deyirlər" - EBRUDAN İNANILMAZ AÇIQLAMA



Türkiyəli cazibədar müğənni Ebru Polat heç yerdə etmədiyi açıqlamalarla yenidən gündəmi zəbt edib.

Milli.Az Hüriyet-ə istinadən müğənninin sözügedən son etiraflarını təqdim edir:

"Özümü seksual saymıram, gözəl də deyiləm. Həm qadınlar, həm də kişilər mənimlə birlikdə olmaq istəyir. Onsuz da mən də cinsiyyəti olmayan biriyəm ...

Gənc qızlara nümunə olan biriyəm. Hər kəsə təhsilin əhəmiyyətini izah edirəm. Heç bir kişinin əlinə baxmayacaqsan. Sayəmdə bir çox qız təhsilini davam etdirməyə başlayıb. Mən kim üçünsə işimi tərk etmərəm. Kişilərə güvənmirəm.

Vəkiləm, bir il də çalışdım. Amma şou işi ciddiliyi götürməz. Ciddi durursan, "Get vəkil ol" deyərlər.

Həyat bir oyundur. Kiçik olarkən vəkil olmaq istəyirdim, oldum. Psixologiya oxumaq istədim, oxuyuram. Müğənni olmağı da istədim, oldum. Niyə tək bir şeylə kifayətlənim ki?

Atam körpəliyimdən bəri mənə qarışmır. Anam isə nəzarət düşkünüdür! Universitetdə istədiyim qiyməti almayanda, qorxudan intihara cəhd etmişdim ..."

Müğənni həyatındakı kişilərdən də danışıb...

"Bir neçə gün əvvəl bir restoranda ofisiant əlində şampanla mənə yaxınlaşdı. Bir centlmen göndəribmiş. "Spirtli içki içmirəm" dedim, yola saldım. Şampan göndərdiyi üçün yaxınlaşacaq sanırdım. Amma qalxıb getdi. Hesabı da ödəyibmiş! Hirsləndim. Bir-iki gün gözlədim, Instagram-dan da yazmadı. Sonra eyni restorana getdim. Beş-altı gündür görüşürük. Hər gün çiçək göndərir. Ev botanika bağçasına dönüb, "Göndərmə artıq, nəfəs ala bilmirəm" dedim.

Lezbiyan bir kütləm var, biseksuallar da var. Mənə çılpaq fotoşəkillərini göndərirlər. "Səninlə birlikdə olmaq üçün hər şeyi edərəm" deyənlər var. Üzməmək üçün "gülüş" atıram. Heteroseksualam, amma bəzən çox gözəl qadınlar yazırlar. Heyran qalıram. Böyük danışmaram. Bir qadına da aşiq ola bilərəm, sevə bilərəm. İki qadın bir-birini sevə bilər".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024