Mobil versiya
"O xanımın Aysuna elədiyi hərəkəti özümə bağışlamıram" - Rəqsanə
Tarix: 05-07-2017 | Saat: 16:01
Bölmə:Dünya | çapa göndər

"O xanımın Aysuna elədiyi hərəkəti özümə bağışlamıram" - Rəqsanə



"Hər şey daxil" verilişi müğənni Rəqsanə İsmayılovanın Moskvadakı evində qonaq olub.

AİA.Az axşam.az-a istinadən bildirir ki, ifaçı vaxtilə etdiyi səhvlərdən danışıb:

"Bəzən aqressiv olmuşam və televiziyada təmkinimi qoruya bilməmişəm. Bəzi insanların cavabını verməyəndə elə başa düşür ki, çəkinirsən, ya qorxacaq nəyinsə var. Mən övladlarıma qarşı çox həssasam. Çünki Aysun mənim həm rəfiqəm, həm sirdaşımdır. Keçmişdə birlikdə işlədiyim xanımın Aysuna qarşı elədiyi hərəkətə görə onu heç vaxt özümə bağışlaya bilmirəm. Çünki istəməzdim ki, mənim hər hansı hərəkətimə, səhvimə görə uşağım əziyyət çəksin. Onun heç bir günahı yoxdur. Əgər iki insan dalaşırsa, olanlar onların arasında baş verməlidir. Mən heç zaman körpəyə, valideynlərə toxunmaram. Dalaşmaqdan qorxan biriyəm. Düzdür, kiminsə cavabını verib, sözün düzünü deməyi xoşlayıram. Kim istəyir xoşuna gəlsin, bəyənməyən də bəyənməsin. Amma Aysuna görə o hərəkəti istəyərəm silim və heç bir yerdə mənim qarşıma çıxmasın".

Rəqsanə hazırda çox xoşbəxt olduğunu da deyib:

"İnsan qəriblikdə olanda Vətən üçün, ailə üçün darıxır. Mən ailəmə, ən çox da anama bağlı insanam. Hər bir valideynin arzusu odur ki, övladı xoşbəxt olsun. Həmişə atasız uşaqlara ürəyim yanır. Çünki özüm Aysunu atasız böyütmüşəm. Çalışmışam, atasız olmasını hiss etməsin. Bütün əziyyətlərimi, çətin günlərimi Aysun mənimlə bir yaşayıb. Ona görə o hadisə olanda yazdım ki, o evdə ki kişi, ata nəfəsi yoxdur, istər-istəməz insan zəif olur, söykənəcəyin bir kimsə olmur. Söhbət maddiyyatdan getmir. Bu gün mənim heç bir çətinliyim yoxdur. Xoşbəxtəm. Gözəl ailəm var, məni sevən insan var. Övladlarıma atalıq eləyir, onları öz adına keçirib. Amma mən bura o qədər çətinliklə gəlib çıxmışam ki..."

Qeyd edək ki, vaxtilə Rəqsanənin prodüseri olmuş Təranə Səmədova onunla iş birliyinə son verdikdən sonra Aysunun adına "Odnoklassniki"də profil açaraq onun şəkillərini yayıb. Bundan sonra isə müğənni ilə prodüser arasında böyük qalmaqal yaşanıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024