Mobil versiya
Natavanla Dadonun toy günü bəlli oldu
Tarix: 04-07-2017 | Saat: 16:47
Bölmə:Dünya | çapa göndər

Natavanla Dadonun toy günü bəlli oldu



Müğənni Natavan Həbibinin subaylığın daşını atacağı gün dəqiqləşib.

AİA.az-ın lent.az-a istinadən məlumatına görə, N.Həbibi iyulun 17-də paytaxt restoranlarının birində reper Dado (Səid) Əliyevlə nikah masasına oturacaq.

Cütlük özəl günlərinə ailə üzvləri ilə yanaşı, şou-biznesin bir çox tanınmış simalarına da dəvət göndərib.

Qeyd edək ki, reper Dado ötən ay toy xəbəri barədə danışarkən bu sözləri demişdi:

“İnşallah, növbəti ay toyumuzdur. Bəzilərinin çoxdan gözlədiyi toy nəhayət, baş tutacaq. Amma dəqiq vaxtını hələ demirəm".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə