Mobil versiya
Xalq artistinin doğum günü hədiyyəsi:"Utanıram deməyə..."
Tarix: 25-05-2017 | Saat: 15:35
Bölmə:Dünya | çapa göndər

Xalq artistinin doğum günü hədiyyəsi:"Utanıram deməyə..."



Bu gün teatr və kino aktyorumuz, Xalq artisti Ramiz Novruzovun 61 yaşı tamam olur.

Doğum gününü iş başında qeyd edən sevimli aktyor AzVison.az-la ad günü təəssüratını bölüşüb.

-Ramiz müəllim,maşallah bu gün sizi bir yerdə tuta bilmirik. Ad gününüzdür, amma bir yerdə qərar tutmursunuz.

-Bu gün doğum günümlə bağlı radio və televiziyaya qonaq çağrılmışdım. Adətən yuxudan saat 10 –da durmağa vərdiş etmişəm. Bu gün isə səkkizdən oyağam. Ora-bura qaçıram.Yorğunluq var, amma sevinc lap çoxdur.

-61 yaşınız var, sizi zəngin, var-dövlətli adam adlandıra bilərəm?

-Öz işində, ətrafında sevdiyin insanlar, dostlar çoxdursa, deməli sən varlısan. Bunlar var-dövlətindir. Deyir yaşlanmaq, qocalmaq olar, əsas odur ki, köhnəlmiyəsən. Biri var 25-26 yaşında qoca düşüncəli olasan, için yaşlı adamın içi kimi ola. Biri də var ki, yaşın çoxdur, amma düşüncən çox müasirdir. Həmişə gənclik eşqi, həsrəti ilə yaşayırsan. Bax mən də ikinci kimi yaşayıram. Gəncləri sevirəm. Nə qədər onlar var, bizə köhəlməyə imkan verməyəcəklər.

-Adamlar var ki,ad gününü təmtaraqlı keçirməyi xoşlayır. Adam da var ki, düşünür başqa gündən nə fərqi var ki?!

-Mən daha çox iş yerimdə olmağı, iş yoldaşlarımla keçirtməyi xoşlayıram. İndi də onlarla bir yerdəyəm. Amma bu ilki ad günümü ailəmlə birgə keçirəcəyəm. Bildiyiniz kimi ad günümə 10 gün qalmış mənə bir hədiyyə oldu. Utanıram da deməyə nəticəm dünyaya gəldi. Yəqin ki, bu gün onlarla birgə olacam.

-Bu yaşa qədər hansı ad gününüz yadınızda qalıb?

-Həyatımda bəzi soyuq faktlar oldu. Ona görə onlar da yadımda qalıb. Amma belə hamısını xatırlayıram. Diqqətli insanların diqqətində olmuşam.

-Ən çox hansı illərə baxmaq, vərəqləmək istərdiniz?

-Yaponların maraqlı sözü var:”Keçmiş artıq keçib, gələcək olmaya da bilər. Ona görə bu gün daha maraqlıdır”. Səhnəyə ilk gəldiyim, Səməndar Rzayev, Hamlet Xanızadə , Hökümə Qurbanova kimi böyük aktyorlarla işlədiyim, ilk çəkildiyim filmlərə təsdiq olunduğum illəri istərdim.

İndi gənc aktyorlar da mənə artıq elə baxır. Bu günün də xoşa gələni budur. Ona görə hər dövr özü üçün maraqlıdır deyə düşünürəm.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024