Mobil versiya
“Sevgilim ol, sənə “Porşe”, ev alım” - Qoca oliqarxdan Zarinaya təklif
Tarix: 22-05-2017 | Saat: 11:33
Bölmə:Dünya / Karusel | çapa göndər

“Sevgilim ol, sənə “Porşe”, ev alım” - Qoca oliqarxdan Zarinaya təklif




“4 il əvvəl “Xəzər” Televiziyasında “İkinci sənət” verilişinin aparıcısı idim. Bir oliqarxın xoşuna gəlmişdim. Xəbər göndərdi. Sonra kanalın qabağında qarşımı kəsib, dedi: “ya mənim sevgilim olacaqsan, ya da səni kanaldan uzaqlaşdıracam”. Dedim ki, nəvən yaşındayam e. Qayıtdı ki, “Porşe”, “Torqovı”da ev alacam”.

AİA.az-ın Yenicag.az-a istinadən xəbərinə görə, bu sözləri azərbaycanlı gənc aktrisa Zarina Qurbanova deyib.

Zarina deyib ki, ona yaxınlaşan şəxsin yaxşı 70-dən çox imiş. “Maşınla yolumu kəsirdi… Mən yaxşı bilirəm ki, bu gün müğənnilər, aktrisalar hansı yolla pul qazanır. Mənə də belə təkliflər çox olub, qəbul etməmişəm”.

Aktrisanın sözlərinə görə, məmurlar onu görən kimi yadlarına keçmiş sevgiləri düşür: “Deyirlər, sən bizim ilk sevgilimizə bənzəyirsən. Deyirlər, badamı gözlərin bizi öldürür. Hamısı da eyni cür "padxod" edir. Hətta bir məmur qabağımda ağladı ki, nakam sevgimə oxşayırsan. Onlara yazığım gəlir”.

Zarina onu da əlavə edib ki, daha cavan məmurlar ona yaxınlaşmaqdan çəkinirlər: “Onlar mənə yaxınlaşmır, bilirlər ki, yıxıb-sürüyəcəm. Qocalara yazığım gəlir. Çünki ünsiyyət acısıdırlar, onlarla heç kim səmimi deyil. Hamı onlarla puluna görə mehribandır”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024