Mobil versiya
"Bir sifətdə olmaq lazımdır" - Nazpəri Dostəliyeva
Tarix: 17-04-2017 | Saat: 09:37
Bölmə:Dünya / Karusel | çapa göndər

"Bir sifətdə olmaq lazımdır" - Nazpəri Dostəliyeva


Xalq artisti Nazpəri Dostəliyeva "ATV maqazin onlarla" verilişinə maraqlı açıqlamalar verib.

Sənətçi bildirib ki, insan gərək bir sifətdə olsun, şər və böhtandan uzaq gəzsin:"Daxilin necədirsə, üzün də elədir. Əgər daxilin təmizdirsə, Allah səni şər və böhtandan, yalandan, iftiradan daim qoruyacaq".

Uzun illərdir sənətdə olan Dostəliyeva qocalmamağının sirlərini də bölüşüb. O, heç vaxt plastik əməliyyat etdirmədiyini vurğulayıb:
"Plastik əməliyyatın əleyhinə olmamışam. Amma bəzən estetik əməliyyat gözəl xanımı çirkin edir. Mən heç vaxt əməliyyata üz tutmamışam, amma yaş ötdükcə ola bilər".

Xalq artisti səhnədə kilolu olan sənətçilərə də iradını bildirib:

"Səhnə artıq kilonu qəbul etmir. Sənətçilər nəyin bahasına olursa, olsun, özlərinə, çəkilərinə fikir verməlidirlər. Biz göstəriciyik. Bizdən sonra gələn nəsil səhnədə 150 kiloqramlı birini görsə, deyəcəklər, elə belə lazımdır. Mən də formada qalmaq üçün idmanla məşğul oluram. Həftənin 3 gününü vaxtımı ona ayırıram".(axşam.az)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə