Mobil versiya
"Gənclərin öpüşməsi ətrafdakıların ehtirasını oyadıb" - Elza Seyidcahan
Tarix: 30-03-2017 | Saat: 16:45
Bölmə:Dünya | çapa göndər

"Gənclərin öpüşməsi ətrafdakıların ehtirasını oyadıb" - Elza Seyidcahan



"Metroda opüşən gənclərin üstünə bu qədər getmək, onları sıxışdırmaq düzgün deyil".

AİA.Az xəbər verir ki, bunu azxeber.com-a açıqlamasında əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan bildirib.

Onun sözlərinə görə, bu qınaq onları sevgidən iyrəndirə bilər:

"Sevginin gözü kor olur, onlar həmin anda ətrafı görməyib. Bəlkə də düşünüblər ki, onlara heç kim baxmır. Qoyun bir-birlərini sevsinlər, təki sevgi olsun. Bu sevgidən onların övladları olsun, oğlan qızı aldatmasın, evlənsinlər. İllər keçəndən sonra isə desinlər ki, biz bu sevgini qoruduq".

Elza Seyidcahan hazırda müasir cəmiyyətdə yaşadığımızı qeyd edib:

"Mentalitet deyilən bir şey var. Jurnalist onlara baxmayıb keçə bilərdi. Amma onların münasibəti gör nə dərəcədə olub ki, jurnalisti qıcıqlandırıb. Sevgi hissləri sözə baxmır və vaxtı da bilinməz. Gərək, bu hissləri ikilikdə yaşayasan, bir kimsə görməsin. Cəmiyyət arasında bu hisslər yaxşı qarşılanmır. İnsanların hissləri ilə oynamaq olmaz. Gənclərin öpüşməsi ətrafdakıların ehtirasını oyadıb. Bu isə yaxşı deyil".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024