Mobil versiya
Türkiyədəki bütün evlilik proqramları bağlanır
Tarix: 13-03-2017 | Saat: 12:11
Bölmə:Dünya / Karusel | çapa göndər

Türkiyədəki bütün evlilik proqramları bağlanır



Türkiyə telekanallarında yayımlanan evlilik proqramları bağlanır.

AİA.Az axşam.az-a istinadən bildirir ki, bu haqda "Milliyet" qəzetinin yazarı Ali Eyüboğlu xəbər verib. Türkiyənin ali televiziya qurumu RTÜK-ə ən çox şikayət olunan bu proqramların tamamilə efirdən uzaqlaşdırılması üçün qanun hökmündə qərarnamə hazırlanır.

Hazırlıq bitəndən sonra qərarnamə parlamentə göndəriləcək. RTÜK-ün qaydalarında dəyişiklik ediləcək və qanun rəsmi qəzetdə yer aldıqdan dərhal sonra tətbiq olunacaq. Bu gedişlə yeni mövsümdə evlilik proqramları olmayacaq.

Qeyd edək ki, hazırda "ATV"də Esra Erol, "Kanal D"də "Kısmetse Olur", "Show TV"də "Evleneceksen Gel", "Star TV"də "Zuhal Topalla", "Fox TV" "En İyi Benim" adlı evlilik proqramları yayımlanır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə