Mobil versiya
İstanbul su altında qaldı - Foto
Tarix: 13-09-2015 | Saat: 15:52
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər

İstanbul su altında qaldı - Foto

Türkiyənin İstanbul şəhərində yağan yağış ölkəni çıxılmaz vəziyyətə salıb

İstanbulda dünən günorta saatlarından yağan yağış hələ də dayanmayıb. Yağış ölkədə selin yaranmasına səbəb olub. Yollar sıradan çıxıb.

Sürücülər idarəetməni itirərək maşınlarını yolların kənarında saxlayıblar. Bundan başqa bəzi evlər də su altında qalıb. Suyun səviyyəsi bəzi əarzilərdə yüksək olduğundan ağaclar, maşınlar, beton səkilər də su altında qalıblar. Yağış elektrik enerjisinə də öz təsirini göstərib. Belə ki, bir çox evlər işıqsız qalıb.

Evini su basan türk vətəndaşı hadisəni belə danışır: "Su bir anda gəldi. Evdə mebellər, elektik avandanlıqlar sıradan çıxıb. Nə edəcəyimizi, hara gedəcəyimizi bilmirik."

Türkiyədə yaşayan əcnəbi vətəndaş isə: "İstanbulda yaşamaq daha mümkünsüzdür", - deyib.

Hadisə ilə əlaqədar olaraq, İstanbula gələn təyyarələr də təxirə salınıb.

İstanbuldakı selin görüntülərini təqdim edirik.(ans press)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024