Mobil versiya
DİQQƏT:“Whatsapp” artıq bu telefonlarda işləməyəcək
Tarix: 06-12-2016 | Saat: 12:55
Bölmə:Şou-biznes / Karusel | çapa göndər



“WhatsApp” bəzi köhnə telefon və əməliyyat sistemləri üçün dəstəyini geri çəkməyə hazırlaşır


Artıq “Whatsapp”ın bu telefon modellərində istifadəsi mümkün olmayacaq.

Şirkət bir çox məşhur telefon modellərilə əməkdaşlığa son qoymaq haqqında qərar qəbul edib. Qərar 2017-ci ilin iyun ayında qüvvəyə minəcək.

Şirkətin verdiyi şərhdə bildirilib ki, “WhatsApp” artıq iPhone 3G və bəzi Android telefonlarda işləməyəcək. Ancaq şirkət, Blackberry və Nokia üçün fərqli bir siyasət izləyəcək. “WhatsApp” 2017-ci ilin iyun ayı etibarilə “BlackBerry OS”, “BlackBerry10”, “Nokia S40” və “Nokia Symbian S60” modellərinə verdiyi dəstəyi kəsəcək.

Android 2.1 və 2.2 əməliyyat sistemlərini istifadə cihazlara da dəstəyini də dayandıracaq olan WhatsApp, Windows tərəfində Windows Phone 7 əməliyyat sistemini istifadə edən qurğulara dəstək verməyəcək.
iPhone 3GS və iOS 6 üçün də dəstəyini kəsəcək olan WhatsApp, şərhində çətin lakin doğru bir qərar verdiklərini ifadə edib.

İlin sonunda “WhatsApp”ın dəstəyini kəsəcəyi telefonların tam siyahısı:

Android 2.1 və Android 2.2;

Windows Phone 7

iPhone 3GS / iOS 6


2017-ci ilin iyun ayına qədər BlackBerry 10 da daxil olmaq üzrə, BlackBerry üçün artıq WhatApp işləməyəcək; Nokia S40; və Nokia Symbian S60 da “WhatsApp”ın dəstəkləməyəcəyi modellər arasındadır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə