Mobil versiya
Bivec avtobus və taksi sürücülərindən yaxamız qurtulacaq
Tarix: 27-05-2016 | Saat: 16:35
Bölmə:Şou-biznes | çapa göndər




Bir müddət yalnız xüsusi yoxlamadan keçən istər avtobus, istərsə də taksi sürücülərinin fəaliyyətinə icazə veriləcək.
Aia.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova bildirib:

"Ölkə başçısının 21 dekabr, 2015-ci il tarixli müvafiq fərmanı ilə Bakı şəhərinin inzibati ərazisində (3.0.15.-ci bənd) müvafiq sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı sürücülərinin peşə fəaliyyətinə və davranışına dair xüsusi proqram üzrə hazırlıq keçməsini təşkil etmək və həyata keçirmək və buna müvafiq şəkildə avtomobil nəqliyyatı vasitələri üçün "Fərqlənmə nişanı" vermək səlahiyyətləri Bakı Nəqliyyat Agentliyinə həvalə edilib. Bu günə qədər olan mövcud sürücü bazası ilə aparığımız təhlillər, eyni zamanda sərnişinlərdən daxil olan iradlara əsasən, xüsusi olaraq bildirək ki, sürücülər üçün təşkil edilən təlim-tədris kurslarının nəticələri BNA-ni qane etmədiyindən tezliklə yekunlaşdırılacaq Vahid Nəqliyyat Konsepsiyasına uyğun olaraq, sürücülər MDB məkanında ən böyük Sürücü Təlim Mərkəzində təşkil olunacaq yoxlamalardan və təlimlərdən keçdikdən sonra ictimai nəqliyyatın idarə olunmasında səlahiyyət əldə edə biləcəklər. Bu islahatlar taksi xidməti göstərən fərdi sahibkarlara da şamil ediləcək. Əks təqdirdə "Fərqlənmə nişanı" ala bilməyəcəklər".

Şöbə müdiri qeyd edib ki, sözügedən təlim və yoxlamalar Bakı şəhərinin inzibati ərazisi üzrə müstəsna olaraq BNA tərəfindən təşkil ediləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024