Mobil versiya
Mobil proqram riyaziyyat misallarını həll edir
Tarix: 24-05-2016 | Saat: 21:23
Bölmə:Şou-biznes | çapa göndər

Mobil proqram riyaziyyat misallarını həll edir







"Mirror" qəzetinin yazdığına görə, proqramı Stenford Universitetinin doktorantı Niko Jimenez düşünüb. Ona bu işdə həminuniversitetin məzunlarından Paul Ferrell-in köməyi dəyib.

Aia.Az azadliq.org-a istinadən bildirir ki, "MathPix" adlanan pulsuz mobil proqram məsələ və misalları bir neçə saniyəyəhəll edib cavablandırır.

Proqramı hazırlayanlar iddia edirlər ki, beləcə, ən sadə məsələ və misallardan tutmuş, ən çətinlərinədək həll etmək olar. Loqarifma, triqonometriya, inteqral kimi bölmələr də əhatə edilir.

İstifadəçi, sadəcə, proqramı açır, ekranda görünən kameradan yararlanıb, məsələ və ya misalın şəklini çəkir. Proqram şəkiltanıma texnologiyası ilə rəqəm və simvolları tanıyır. Məsələ və ya misallar əlyazısıyla ola bilər. Proqram addım-addım həlli göstərdiyindən, istifadəçi cavabı tapmağın yolunu da öyrənir.

"MathPix"dən "iOS" platformalı cihaz istifadəçiləri yararlana bilərlər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024