Mobil versiya
Ehtiyatlı olun: WhatsApp "SINDIRILDI"
Tarix: 16-05-2016 | Saat: 14:58
Bölmə:Şou-biznes | çapa göndər




Dünyanın ən populyar mobil messencer proqramı olan WhatsApp-ın təhlükəsizlik sistemi "dəlinib".
Aia.az Cybersecurity Ventures-a istinadən bildirir ki, McAfee antivirus proqram təminatı şirkətinin banisi Con MakKafi təcrübəli hakerlər komandası ilə birlikdə WhatsApp messencerinin çatını "sındırıb".

WhatsApp indiyədək bəyan edirdi ki, yeni tətbiq olunmuş təhlükəsiz şifrələmə sistemi fərdi məlumatların və informasiyaların başqaların əlinə keçməsinə imkan verməyəcək.

Messencerin ilk "nümayiş sındırılması" SMS-lər vasitəsilə göndərilən birdəfəlik kodlar vasitilə gerçəkləşdirilib. MakKafinin rəhbərliyi ilə proqramçılar kiçik proqram yazaraq, həmin proqram vasitəsilə bir smartfondan başqasına göndərilən SMS-i ələ keçiriblər.

Komanda üzvləri arasında LİFARS şirkətinin kompüter təhlükəsizliyi üzrə mütəxəssisləri də olub.
Onlar yeni proqramı Android əməliyyat sistemi ilə çalışan smartfona yükləyiblər.
LİFARS mənsublarının dediklərinə görə, smartfonuna yoxlanmamış proqramlar yükləyənlərin WhatsApp yazışmalarını daha asan ələ keçirmək olar.

MakKafinin dediyinə görə, baş verənlərdə WhatsApp-dan daha çox, Google-un günahı var.
"Problemi aradan qaldırmaq üçün əməkdaşlığa hazıram. Fərdi informasiyaların ələ keçirilməsinin qarşısı alınmalıdır", -MakKafi deyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024