Mobil versiya
Bakının maşın bazarında SON QİYMƏTLƏR
Tarix: 14-05-2016 | Saat: 19:48
Bölmə:Şou-biznes | çapa göndər

Bakının maşın bazarında SON QİYMƏTLƏR






Hər həftənin şənbə və bazar günləri Bakının Badamdar qəsəbəsində yerləşən avtomobil bazarında 7 mindən artıq yeni və işlənmiş maşınlar satışa çıxarılır. Avtomobillərini qiyməti onun markası və buraxılış ilindən asılı olaraq dəyişir. Müşahidələrimiz göstərir ki, paytaxtın ikinci əl avtomobil bazarında qiymətlər bahalaşmağa başlayıb. Avtomobil satıcılarının sözlərinə görə, son 10 gündə avtomobil satışında canlanma yaranıb. İkinci əl avtomobillərə tələbatın artması isə qiymətləri xeyli artırıb.

Avtomobil satıcısı Sübhan Şamayev bildirib ki, mart ayında bir həftədə cəmi 1-2 avtomobil satmaq mümkün idisə, hazırda 4-5 avtomobil satmaq olur. Amma bazarda satıcı yenə də alıcıdan daha çoxdur: ""BMW" VƏ "Mercedes" markalı avtomobilləri bazara çıxarmışıq. Bu markaların qiymətləri yüksək olduğuna görə alıcı qıtlığı yaşanır. Bu gün bazarda 7,8 -15 min manat arası qiyməti olan maşınlara tələbat var. Qiyməti 20 mindən baha olan avtomobillərin də alıcısı var, amma əvvəlki dövrlə müqayisədə azdır. Bazara 5 maşın gətirmişik, satışı dollarladır. "BMW" 24 min dollar, " Volkswagen Pure" 12 min manat, "Mercedes" 12 min dollar, "LEXUS" və" Gelenvagen-Mersedes" 40 min dollaradır. Hamısı ikinci əl maşınlardır. Bu aralarda qiymətlər əvvəlki kimi tez-tez dəyişmir. Əvvəllər daha çox dəyişirdi".

Satışlarda yaranan canlanma, daha çox tələbat olan avtomobilin bahalaşmasına səbəb olub. Belə ki, ikinci əl avtomobil bazarında qiymətlər 10-15% artıb. Bahalaşma avtomobillərin bazar qiymətindən asılı olaraq 200 manatdan 10 min manata kimi dəyişir. Avtomobil satıcıları bildirirlər ki, hazırda bazarda daha çox satılan istehsal tarixi 2005-ci ilə kimi olan "Mercedes" avtomobilləri, 2008-ci ildən yuxarı olan "Hyundai", "KİA", "Toyota", "Nissan" avtomobilləri daha çox bahalaşıb. "KİA" və "Hyundai" modelləri 1000-4000 manat bahalaşıb. Mart ayında 10500-10700 manata satılan 2012-ci il model "KİA Rio" hazırda 11500-11700 manata satılır. 2014-cü il model "KiA Sportage" isə 14-16 min manatdan 18-20 min manata kimi bahalaşıb.

Bu həftə bazara iki ədəd "Audi Q7"avtomobilləri çıxarılıb, onların isə qiyməti 14 min dollardır.

"Hyundai" avtomobilləri arasında daha çox satılan "Accent", "Elantra" və "ix35" modelləri bahalaşıb. Məsələn, əvvəl 15 min manata satılan 2013-cü il model "Elantra" indi 16 000-16 500 manata, 20 min manata satılan 2014-cü il model "ix35" avtomobili isə 22-24 min manata satılır.

"Toyota" avtomobillərindən isə daha çox "Prado" modelləri bahalaşıb. Məsələn, bir neçə ay əvvəl satılmadığına görə qiymətləri ucuzlaşan 2.7 mühərrikli 2008-ci il model "Prado" maşını 14 min manatdan 18 min, hətta 23 min manata kimi bahalaşıb.

Bazara "Toyota" və "Audi Q7" maşınları çıxaran satıcı satışların nisbətə artdığını deyir: ""Toyota" markalı avtomobilləri, "Audi Q7"ləri satışa çıxarmışam. Satışda əvvəlki aylara nisbətdə yaxşıdır. "Prado" 23 min manata, eyni markadan olan digər maşın 17 min manata, "Audi Q7" isə 14 min dollaradır. İKinci əl maşınların satışında yavaş-yavaş canlanma var".

Satıcıların sözlərinə görə, bəzi "Nissan" avtomobillərinin də qiymətləri artıb. Yanacaq sərfinə və möhkəmliyinə görə daha çox alınan "Nissan Sunny"lər 500 manat bahalaşıb. Məsələn, 2008-ci il model 1.3 l mühərrikli "Sunny"nin qiyməti 5500 manatdan 6000 manata qalxıb.

Köhnə "Mercedes" və rus avtomobillərinin qiymətində də artım müşahidə edilir. Amma digər markalarla müqayisə qiymət artımı o qədər də yüksək deyil. Məsələn, əvvəl 6500 manata satılan istehsal tarixi 2001-ci ilə qədər "Mercedes C Class" indi 7 min manata satılır. Rus avtomobillərinin isə bütün modellərində qiymətlər artıb.

""Mercedes"lə gəlmişəm bazara, 8 min 500 manata satıram. 1999-cu ilin maşınıdır. Əla vəziyyətdədir. Maraqlananlar var, 200-300 manat aşağı istəyirlər, mən də hələ gözləyirəm. Əvvəlki aylara nisbətən alıcılar çoxdur" .

Bazarda sovet avtomobillərinə maraq da az deyil. Bunu həm alıcılar, həm də satıcılar deyir.

"Bazara "2103" markalı sovet maşını gətirmişəm. 3500 manata satıram. Maraqlanan var, amma sovet maşını olduğuna görə tərəddüd edirlər. Antikvar maşındır, maraq var. İlk dəfədir bazara gətirmişəm, heç sürülməyib, yadigar avtomobildir".

Alıcılar isə qiymətlərin bahalığından şikayətlənir.

"Lerikdən gəlmişəm, "NİVA" və "Mercedes"markalı avtomobillərlə maraqlanıram. "NİVA" xarici maşınlardan bahadır. Bu gün "NİVA" 10 min manata satılır. Bunlar 2014-2015-ci illərin maşınlarıdır. Birinci əl maşınlardır. İkinci əl avtomobillərə gəlincə, axtarmamışam. Ümumiyyətlə heç biri cibimə uyğun deyil".

Bu, maşın bazarına üçüncü gəlişimizdir. Bu gün əvvəlki aylarla müqayisədə həmsöhbətimiz olan satıcılar alıcı qıtlığından az şikayətlənirlər. Amma qiymət fərqinin olduğu da göz qabağındadır. Gördüyünüz bu" Gelenvagen-Mersedes" isə 40 min dollara satılır. Maraqlanan olsa da, hələ də öz müştərisini gözləyir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024