Mobil versiya
Türkiyə tankları Suriya sərhədinə yeridildi
Tarix: 29-06-2015 | Saat: 13:32
Bölmə:Şou-biznes / Karusel | çapa göndər

Türkiyə tankları Suriya sərhədinə yeridildi
Kobani ilə üzbəüz mövqelərdə hərəkətlilik başlayıb
Türkiyə Silahlı Qüvvələrinə məxsus tanklar və digər zirehli texnika Suriya sərhədinə yeridilib.

ANS PRESS-in məlumatına görə, tanklar Suriyanın Kobani şəhəri ilə üzbəüz yerləşdirilib. Son bir neçə gün ərzində burada nisbi sakitlik hökm sürsə də, Türkiyə tərəfində hərəkətlilik başlayıb. Bütün sərhəd xətti boyunca təhlükəsizlik tədbirləri görülüb, qırıcı təyyarələr də qırmızı həyəcan siqnalı vəziyyətinə gətirilib.

Tankların Suriya sərhədinə yeridilməsi Türkiyə Milli Təhlükəsizlik Şurasının Bakı vaxtı ilə saat 17:00-da başlayan fövqəladə iclası ərəfəsinə təsadüf etməsi diqqət çəkib. Hakim Ədalət və İnkişaf Partiyası»nın sədri və Baş nazir səlahiyyətlərinin icraçısı Əhməd Davudoğlu bildirib ki, Türkiyənin sərhəd təhlükəsizliyinə xələl gəlməməsi üçün hər cür ehtimala qarşı hazırlıq görülüb.

Türkiyə mediyası Əhməd Davudoğlunun Suriyanın ölkəsi ilə sərhəd ərazilərinin PKK və İŞİD-in əlinə keçməsindən narahat olduğunu və orduya döyüş əmri verdiyini yazıb.

Prezident Ərdoğan isə son açıqlamalarında Suriyanın Türkiyə ilə sərhəd ərazilərində yeni bir dövlətin meydana çıxmasına imkan verməyəcəklərini deyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə