Mobil versiya
Stiven Hokinq Kembric Universitetinin saytını çökdürdü
Tarix: 25-10-2017 | Saat: 10:59
Bölmə:Şou-biznes | çapa göndər

Stiven Hokinq Kembric Universitetinin saytını çökdürdü



Məşhur astrofizik Stiven Hokinqin 1966-cı ildə yazdığı dissertasiyanın tam versiyası dünya mediasında geniş müzakirə olunub.

aia.az xəbər verir ki, S.Hokinqin "Genişlənən kainatın özəlliyi" (Properties of Expanding Universes) adlı elmi işin tam mətnini oxuculara təqdim edən Kembric Universitetinin rəsmi saytı çöküb. Buna səbəb mətni 60 mindən çox istifadəçinin oxumağa cəhd etməsi olub.
75 yaşlı S.Hokinq bununla bağlı BBC ilə təəssüratlarını bölüşüb. O deyib ki, təkcə özünün deyil, bütün elmi və dünyəvi məsələləri əhatə edən yazılar insanlar üçün əlçatan olmalıdır:
"134 səhifəlik elmi işi oxumağa həvəs göstərən bütün insanlara təşəkkür edirəm. Fizika və kosmologiya ilə maraqlananların sayının artması məni sevindirir. Ümid edirəm, hazırda giriş bağlandığı üçün məyus olmayıblar. Bu problem qısa zamanda bərpa ediləcək".
Buna qədər isə 24 yaşında yazdığı elmi işi oxumaq üçün insanlar Kembric Universitetinin kitabxanasına getməli idilər. Orada isə 134 səhifəlik dissertasiyanın surətini 86 dollara dərc edirdilər.(publika.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024