Mobil versiya
ATV-dəki qalmaqallı süjetlə bağlı - Redaktor işdən çıxarıldı Mənbə: Qafqazinfo.az
Tarix: 30-01-2017 | Saat: 12:51
Bölmə:Gündəm | çapa göndər

ATV-dəki qalmaqallı süjetlə bağlı - Redaktor işdən çıxarıldı





ATV kanalı son günlər sosial şəbəkələrdə Qafqaz Universitetinin tələbələrindən bir necə nəfərin ATV Xəbərdə yayınlanan süjetdə fikirlərinin təhrif edilməsi və nəticədə yanlış şəkildə çatdırılmasına dair yayılan iddialarla bağlı məlumat yayıb.

Telekanal araşdırma nəticəsində belə bir halın olduğunu aşkarlayıb:

"Yanlış və təhrif edilmiş informasiyanın istehsalını, yayılmasını prinsipial olaraq qebuledilməz hesab etdiyimiz üçün uyğun tədbirlər gördük. İctimaiyyətə bəyan edirik ki, sözügedən süjetin hazırlanmasında və efirə getməsində birbaşa məsuliyyət daşıyan redaktor barəsində tədbir görülüb. Belə ki, növbətçi redaktora şiddətli töhmət verilib və son xəbərdarlıq edilib, redaktor Jalə Əsgərova isə məsuliyyətsizliyi nəticəsində buraxdığı məlum nöqsana görə işdən azad edilib".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024