Mobil versiya
Sevgilisi ilə dəm qazında boğulan şəxs direktor imiş
Tarix: 29-01-2017 | Saat: 18:59
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Sevgilisi ilə dəm qazında boğulan şəxs direktor imiş







Bu gecə Xaçmaz rayonunun Qarabağlı kəndində 2 nəfərin ölümü ilə nəticələnən faciəvi hadisənin təfərrüatı məlum olub.

Aia.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından lent.az-a bildirilib ki, kənd ərazisində yerləşən evdə meyiti tapılan 49 yaşlı Namiq Tağıyev və 41 yaşlı Xalidə Mustafayeva iş yoldaşı olub. Dünən onların telefon zənglərinə cavab vermədiyini görən yaxınları evə gələndə dəhşətli mənzərə ilə qarşılaşıblar.

Bildirilib ki, N.Tağıyev Bakıda müxtəlif sahələrdə çalışıb. O, bir neçə il əvvəl "Oskar" mətbəəsini yaradıb və bu mətbəənin direktoru olub. Məlum hadisədə N.Tağıyevlə birgə həyatını itirən Xalidə Mustafayeva da həmin mətbəədə çalışıb.

Bir neçə gün əvvəl isə N.Tağıyev Xalidə ilə birgə özünə məxsus avtomobillə Xaçmaza gedib. Onlar Xaçmazda N.Tağıyevə məxsus olan və Qarabağlı kəndində yerləşən evdə qalıblar və qaz sobasının otağa dolduruğu qazdan boğularaq vəfat ediblər.

Qeyd edək ki, N.Tağıyev evli, X.Mustafayeva isə subay olub.

Kənd sakinləri bildiriblər ki, N.Tağıyev xeyli müddət əvvəldən Bakıya köçüb və işini paytaxtda qurub. O, ara-sıra doğma kəndinə gedirmiş.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024