Mobil versiya
Tramp və Putin arasında telefon danışığı başa çatdı – YENİLƏNİB - FOTO
Tarix: 29-01-2017 | Saat: 11:55
Bölmə:Siyasət / Karusel | çapa göndər

Tramp və Putin arasında telefon danışığı başa çatdı – YENİLƏNİB - FOTO







ABŞ prezidenti Donald Trampla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı başa çatıb.

Aia.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Reuters" ABŞ administrasiyasının yüksəkvəzifəli şəxsinə istinadən xəbər verib.

Məlumatda bildirilir ki, dövlət başçılarının telefon danışığı 45 dəqiqə davam edib. Bu, Trampın dövlət başçısı vəzifəsinin səlahiyyətlərini icra etməyə başlamasından sonra ABŞ və Rusiya dövlət başçıları arasında ilk telefon danışığıdır.

Danışıqlara ABŞ-ın vitse-presidenti Mayk Pens də qoşulub. Prezidentlərin müzakirə mövzusu barəsində hər hansı məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl Trampla Almaniya kansleri Angela Merkel və Yaponiyanın baş naziri Abe Sindzo arasında da telefon danışığı olub.

21:52

ABŞ prezidenti Donald Tramp və onun rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı başlayıb.

Aia.Az APA-ya istinadən xəbər verir ki, bu barədə D.Trampı mətbuat katibi Şon Spayser "Twitter" səhifəsində bildirib. Onun sözlərinə görə, D.Tramp V.Putinə Ağ Evdəki "Oval kabinet"dən zəng edib. Danışıq zamanı otaqda Trampın müşavirləri iştirak edirlər.

Ş.Speyserin dərc etdiyi fotoda masa arxasında əyləşən Trampın telefonla danışdığı an əks olunub. Masanın ətrafındakılar arasında vitse-prezident Mayk Pens, Ağ Ev aparatının rəhbəri Rayns Pribas, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn və strateji məsələlər üzrə müşaviri Stiven Bennondur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024