Mobil versiya
Sürücülərə XƏBƏRDARLIQ - FOTO
Tarix: 29-01-2017 | Saat: 11:53
Bölmə:Gündəm / Karusel | çapa göndər

Sürücülərə XƏBƏRDARLIQ - FOTO







Bakı Nəqliyyat Agentliyi sürücülərə xəbərdarlıq edib.

Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar olaraq, əsas küçə və prospektlərdə, o cümlədən "Tibilisi" (20 yanvar dairəsi istiqamətində), "Ziya Bünyadov" (hər iki istiqamətdə), "Mətbuat" (hər iki istiqamətdə), "Azadlıq" (hər iki istiqamətdə) prospektlərində eləcə də, A.Bakıxanov, A.M.Şərifzadə, Səməd Vurğun küçələri və Badamdar şosesində nəqliyyat hərəkəti çətinləşib və tıxac müşahidə edilir.

Aia.Az bildirir ki, Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsindən APA-ya verilən məlumata görə, Binəqədi şosesi, Təbriz, Koroğlu Rəhimov küçələri, Mikayıl Useynov prospektində isə nəqliyyat vasitələrinin hərəkətində nisbətən sıxlıq müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyi axşam və səhər saatlarında yolların buz bağlama ehtimalının daha çox olmasını nəzərə alaraq, sürücülərdən sürət həddinə əməl etmələrini xahiş edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024