Mobil versiya
YARIÇILPAQ FOTOLARA GÖRƏ OTELDƏN QOVULDULAR - QALMAQAL - FOTO
Tarix: 24-01-2017, 13:18 | Saat: 15:47:00
Bölmə:Dünya / Karusel | çapa göndər

YARIÇILPAQ FOTOLARA GÖRƏ OTELDƏN QOVULDULAR

Rusiyalı turistlər dünyanın ən bahalı otellərində böyük məbləğdə pullar xərcləyirlər
Lakin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki "The Waldorf Astoria Dubai Palm Jumeirah" oteli rus modellərdən bezib.

Səbəb sosial şəbəkələrdə yayılan fotolardır.

"Dom-2" realiti-şousunun ulduzları olan 37 yaşlı Viktoriya Bonya, 32 yaşlı Anna Kalaşnikova və 24 yaşlı Alyona Şişkova bu oteldə dizayner Anna Çibisovanın "D'AngelAnn" brendinin yeni kolleksiyasının reklam fotosessiyasına çəkiliblər.

myBaku.az European-a istinadən bildirir ki, modellər həmin sessiyadan bəzi fotoları sonradan İnstagram-dakı profillərində "The Waldorf Astoria Dubai Palm Jumeirah" geolokasiyası ilə paylaşıblar.

Bu da otel rəhbərliyini sinirləndirib.

"Bura ərəb ölkəsidir. Uşaqlı ailələr bizə daim şikayətlənirlər. Erotik pozalı yarıçılpaq fotolarda lokasiyamızı görmək istəmirik. Qoy fotolara sadəcə "Dubay" lokasiyası qoysunlar", - otel menecerləri deyiblər.

V.Bonya, A.Kalaşnikova və A.Şişkovaya otelə giriş yasaqlanıb.

A.Kalaşnikova özünə bəraət qazanmağa çalışıb: "Erotik fotolar paylaşmamışıq. Anlayırıq ki, BƏƏ ərəb ölkəsidir və burada başqa mentalitetdir".

Rus modellər "The Waldorf Astoria Dubai Palm Jumeirah" otelini sevirlər. Bu otelin daimi müştəriləri arasında Daşa Mart, Liliya Yermak, Alina Akilova və Alina Lobaçova da var. Adı çəkilən modellər də çəkdikləri yarıçılpaq fotolarını İnstagram-da paylaşıblar.

YARIÇILPAQ FOTOLARA GÖRƏ OTELDƏN QOVULDULAR
YARIÇILPAQ FOTOLARA GÖRƏ OTELDƏN QOVULDULAR
YARIÇILPAQ FOTOLARA GÖRƏ OTELDƏN QOVULDULAR
YARIÇILPAQ FOTOLARA GÖRƏ OTELDƏN QOVULDULAR



51 109 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-11-2019
18-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930