Mobil versiya
Azərbaycan daha 79 dövlət əmlakını hərraca çıxarır – QİYMƏTLƏR
Tarix: 23-01-2017, 16:26 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat / Karusel | çapa göndər

Azərbaycan daha 79 dövlət əmlakını hərraca çıxarır

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fevralın 21-də yeni hərrac keçirəcək.

Komitədən Oxu.Az-a verilən məlumata görə, bu hərracda, ümumilikdə, 79 dövlət əmlakı özəlləşdiriləcək.

Hərraca 22 səhmdar cəmiyyəti, 19 kiçik dövlət müəssisəsi, 35 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi çıxarılıb.

Təklif olunan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtın Sabunçu və Qaradağ rayonları, Siyəzən şəhəri, Samux, Beyləqan, Goranboy və Bərdə rayonlarında yerləşir.


Sabunçuda yerləşən əmlak 60 min manata, Samuxda yerləşən “Seyidlər” üzüm emalı zavodu 77,2 min manata, Bərdə şəhərindəki Texniklər Evi isə 60 min manata təklif olunur.

Özəlləşdirməyə çıxarılan paytaxtdakı qeyri-yaşayış sahələri Səbail, Nəsimi, Sabunçu, Yasamal, Qaradağ, Nizami, Nərimanov və Qaradağ rayonlarında yerləşir. Digər qeyri-yaşayış obyektləri isə Sumqayıt və Mingəçevir şəhəri, Lənkəran, Biləsuvar, Hacıqabulda hərraca çıxarılıb. Bu obyektlərin sahəsi 15-100 kv.m arasında dəyişir.

Təklif olunan belə obyektlər sırasında ən yüksək start qiyməti paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış obyektinə təyin olunub. Belə ki, əmlak 520 min manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb. Səbaildə yerləşən 3 qeyri-yaşayış sahəsi 117 min, 105 min və 100 min manata fiziki və hüquqi şəxslərə təklif olunur.

Satışa çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında paytaxtın Nərimanov rayonundakı “Avtomotoservis”, Sabunçu rayonundakı “Material Təchizat” və Səbail rayonundakı “Şəmkir” ilə yanaşı, regionlarda yerləşən “Bərdə Tikinti Quraşdırma”, “Biləsuvar Broyler”, “Qax Taxıl”, “Salyan Aqrotexservis”, “İsmayıllı Sənaye İstehsal” kimi səhmdar cəmiyyətlər var.



5506 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30