Mobil versiya
Rusiyada morqdan meyit yoxa çıxıb
Tarix: 18-01-2017 | Saat: 12:44
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər



Rusiyanın İstintaq Komissiyası Krasnoyarskda yaşlı qadının morqdan meyitinin itməsini araşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti region üzrə nümayəndə Olqa Şamanskanın sözlərinə istinadən məlumat yayıb.

İlkin versiyaya görə, 2016-cı il dekabrın 6-da morqa 88 yaşlı qadının meyiti gətirilib. Ertəsi gün müvafiq ekspertizalardan sonra meyit soyuducu kameraya aparılıb.

Dekabrın 12-də morqa qadının qohumu müraciət edib, amma qadının meyitini qohumuna təhvil vermək mümkün olmayıb, belə ki, meyit yerində olmayıb.

“Hazırda törədilən cinayətin təfərrüatları aydınlaşdırılır. Morq əməkdaşları dindirilir. Digər versiyalar ilə yanaşı, meyitin təsadüfən basdırılması və ya bilərəkdən oğurlanması versiyaları da nəzərdən keçirilir”, - Şamanskaya deyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024