Mobil versiya
Azərbaycanlı Ermənistan idmançısını darmadağın etdi – FOTO
Tarix: 24-06-2015, 07:40 | Saat: 15:47:00
Bölmə:İdman / Manşet | çapa göndər

Azərbaycanlı Ermənistan idmançısını darmadağın etdi – FOTO
Süleymanov bürünc medala sahib olub.

Türkiyənin İstanbul şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçirilir.

Aia.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata əsasən, çempionatın ilk günündə sərbəst güləş üzrə 50, 60, 74 və 96 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub.

60 kq-da mübarizə aparan Vurğun Əliyev ilk görüşündə Polşa təmsilçisindən üstün olsa da, Rusiyalı rəqiinə məğlub olub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq şansı verib və Vurğun Makedoniya idmançısına qalib gəlməklə bürünc medal uğrunda həlledici görüşə haqq qazanıb. Belarus idmançısı üzərində tam üstünlüklü qələbə güləşçimizə bürünc medal qazandırıb.

74 kq çəkidə mübarizə aparan Murad Süleymanov ardıcıl olaraq Moldova və Bolqarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Rusiyalı rəqibinə məğlub olan Murad bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə Ermənistan idmançısını üstələyən Murad Süleymanov Avropa çempionatının bürünc medalına sahib olub.

96 kq-da təmsilçimiz Turxan Qurbanov Polşa və Macarıstan güləşçilərini mübarizədən kənarlaşdırmaqla çempionata uğurlu başlayıb. Ancaq yarımfinalda Rusiya idmançısı güləşçimizdən üstün olub. Bürünc medal uğrunda gərgin keçən görüşdə Finlandiyalı rəqibinə də uduzan Turxan çempionatı beşinci sırada tamamlayıb.

50 kq

1/8 final - Bekir Şahin (TUR) - Şəhriyar Salmanov 12:2

60 kq

1/8 final - Vurğun Əliyev - Bartosz Stavinoqa (POL) 9:0
1/4 final - Naçin Kuular (RUS) - Vurğun Əliyev 6:0

Təsəlliverici görüş - Adil Adili (MKD) - Vurğun Əliyev 0:10
Bürünc medal görüşü - Vurğun Əliyev - Dzianis Maksimau (BLR) 10:0

74 kq

1/8 final - Georgi Paskalov (MDA) - Murad Süleymanov 0:10
1/4 final - Murad Süleymanov - Engin İsmail (BUL) 10:0
1/2 final - Murad Süleymanov - Artyom Umarov (RUS) 0:11

Bürünc medal görüşü - Murad Süleymanov - Suren Xaçatryan (ARM) 7:3

96 kq

1/8 final - Turxan Qurbanov - Aleksandr Voytaçnio (POL) 10:0
1/4 final - Turxan Qurbanov - Kristof Vittmann (HUN) 9:5
1/2 final - Turxan Qurbanov - Yuriy Vlasko (RUS) 3:6

Bürünc medal görüşü - Jere Heino (FİN) - Turxan Qurbanov 2:1
Azərbaycanlı Ermənistan idmançısını darmadağın etdi – FOTO
Azərbaycanlı Ermənistan idmançısını darmadağın etdi – FOTO
Azərbaycanlı Ermənistan idmançısını darmadağın etdi – FOTO
Azərbaycanlı Ermənistan idmançısını darmadağın etdi – FOTO
Azərbaycanlı Ermənistan idmançısını darmadağın etdi – FOTO



5540 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-10-2019
16-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031