Mobil versiya
“Səba” toyuqlarına nə yedizdirir? – FOTOLAR
Tarix: 17-09-2015 | Saat: 14:42
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər


“Bu il məhsuldarlıq daha yüksəkdir”.

“Səba” öz toyuqları üçün yemlik qarğıdalı biçininə başlayıb.

Bu il şirkət Ağcabədi və Beyləqan rayonları ərazisində 2000 hektar sahədə qarğıdalı becərib.

Avqustun sonlarından başlayan biçin hazırda davam edir. İndiyədək 800 hektar ərazidən 11,3 min ton qarğıdalı biçilib. Bu da hər hektara 14,1 ton məhsuldarlıq deməkdir.

Şirkətdən verilən məlumata görə, bu il həm qarğıdalı sahələrinin ərazisi, həm də məhsuldarlıq ötən illərdən daha yüksəkdir. Ötən il 1500 hektar ərazidə əkilmiş qarğıdalıdan məhsuldarlıq 12 ton/hektar olub.

Artıq üçüncü ildir ki, Səba toyuqlarını özünün becərdiyi yemlə qidalandırır. Şirkətin öz yeminə üstünlük verməsinə səbəb həm xarici ölkələrdən idxal edilən GMO-lu (geni modifikasiya olunmuş) yemdən uzaq olmaq, həm də Azərbaycandan kənarda yayılan epidemiyalardan qorunmaqdır.

Qeyd edək ki, şirkət toyuqları üçün yemlik buğda biçinində də bu il yüksək məhsuldarlıq əldə edib.Oxu.Az







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024