Mobil versiya
Şənbə gününə olan hava proqnozu açıqlanıb
Tarix: 13-01-2017 | Saat: 13:32
Bölmə:Gündəm / Karusel | çapa göndər



Bakıda və Abşeron yarımadasında şənbə günü bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, yanvarın 14-də arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-9° isti , Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şimal və şərq rayonlarına yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 14-16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024