Mobil versiya
Transfer bombası: Arda Turan Çinlə razılaşdı
Tarix: 13-01-2017 | Saat: 12:48
Bölmə:İdman / Karusel | çapa göndər



"Barselona"nın yarımmüdafiəçisi Arda Turan da Çinə köçməyə hazırlaşır

Ulduz futbolçu "Şanxay Şenxua" klubunun təklifini qəbul edib.

Ötən mövsümün əvvəlində 41 milyon avro müqabilində "Atletiko"dan "Barselona"ya keçən Türkiyə millisinin kapitanı "Şanxay Şenxua" rəhbərliyinin israrlı təkliflərinə biganə qala bilməyib. "Barselona"da da əsas heyətə düşməkdə çətinlik çəkən 30 yaşlı oyunçu sonda çinlilərin 3 illik müqavilə təklifini qəbul etməli olub. Bu transfer reallaşarsa, onun Super Liqa təmsilçisində illik maaşı 20 milyon avro təşkil edəcək.

Futbolçunun razılığını alan Qusvato Poyenin çalışdırdığı komanda artıq "Barselona" klubu ilə danışıqlara start verib. Onların Kataloniya təmsilçisinə astronomik məbləğdə pul təklif etməsi gözlənilir.

Qeyd edək ki, Demba Ba, Fredi Quarin və Obafemi Martins kimi tanınmış futbolçular hazırda "Şanxay Şenxua"nın formasını geyinirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024