Mobil versiya
Buna görə sevirəm səni...
Tarix: 12-01-2017 | Saat: 13:34
Bölmə:Seçilənlər-5 | çapa göndər

Buna görə sevirəm səni...

Vəfa Soltanova yazır...
Buna görə sevirəm səni..
Qısa müddətdə doğmalaşdın. Tez isinişdin. Özünün soyuqqanlı olmağına baxmayaraq, məni özünə tez bağladın...
Buna görə sevirəm səni..
Acılığında da bir şirinlik tapıram. Dilin zəhərdi deyirəm, amma bir kəlmə şirin sözünə əriyirəm...
Buna görə sevirəm səni..
Sevdiyim rənglər canlanır gözümün önündə səni görəndə. Dünyam yaşıl və bənövşəyi rənglərə bürünür...
Buna görə sevirəm səni..
Dəlilik dərəcəsinə çatdırdığın üçün məni. Qışda gəldin ömrümə, amma yazı gətirdin, səninlə hər yer gözəlləşdi, isindi və canlandı...
Buna görə sevirəm səni..
Hər gözüm yol çəkəndə elə bilirəm yanımdasan, mənə baxırsan.Baxışların gözlərimdə donub qalır. Tərpətmək istəmirəm gözlərimi İstəmirəm ərisin donmuş baxışların. Sevirəm sənin gözünlə özümə baxmağı...
Buna görə sevirəm səni..
Sümüklərimə işləyən sevgin var ürəyimdə. Hər səhər oyananda mənimlə oyanır, gününü mənimlə keçirir, gecə yatanda mənimlə birlikdə gözlərini yumur... (Əvvəllər heç belə olmurdu)
Buna görə sevirəm səni..
Soyuqqanlılığını sevirəm sənin. Hisslərini dilinə gətirə bilmirsən. Ürəyin o qədər safdır ki, (mən də o qədər çoxbilmişəm ki) üzünə baxan kimi hiss edirəm səni...
Buna görə sevirəm səni..
Yaşadığın yerə sudan səbəblərlə gəlib, görməyə ümidim olmasa belə, səninlə eyni havanı ciyərlərimə çəkmək fikri var bütün günü beynimdə... (Səbəbi məlumdur)
Buna görə sevirəm səni..
Gözəl gözlərini sevirəm. Bəzən mənim sözlərimi məni qırmadan, incitmədən geri qaytarmaq istəyərkən donub-donub uzaqlara baxan, eyni zamanda çatılan qaşların altından saf-saf qıyılan gözlərini...
Buna görə sevirəm səni..
Məni hər halımla qəbul etdiyin üçün. Mən əsəbləşib özümdən çıxarkən sakitləşməyimi gözləyib, ikinci gün dözə bilməyib, min bir bəhanə ilə mənə zəng etdiyin üçün...
Buna görə sevirəm səni..
İcazə vermirsən gedim. Özün də məndən getmirsən. Maraqlı budur ki, bunun səbəbini bilmirəm. Gizliliyini sevirəm sənin...
Buna görə sevirəm səni..
Bunları yazarkən belə gözümdən axan yaşların səbəbini bilməmıyimi...



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024