Mobil versiya
ÖMRƏ BAXIŞ
Tarix: 12-01-2017, 13:05 | Saat: 15:47:00
Bölmə:Seçilənlər-5 / Karusel | çapa göndər

ÖMRƏ BAXIŞ

-İnsan şüurlu şəkildə yaradılmışdır.İnsana istənilən həyat mərhələsində
irəliləməsi və həmin mərhələnin keçilməsi üçün ona iki yol aşkar şəkildə
bəlli edilir.Ancaq bu yolun seçimində ona sərbəstlik verilir.
O öz şüuruyla bu yollardan birini seçir.Daha sonra ona bu yolla ireliləməsi üçün köməklik göstərilir Şeytani yolu seçənlərin qarşısına şeytan özünə tabe etdikləri insanları çıxarır ve onu da bu insanların cərgəsinə qatır.Düzgün yolları seçənlərə isə aydın yollar açılır.
Unutmayın ki asan yol düzgün yol deyildir.Yaxud çətin yol həmişə düzgün yol deyildir.Əlbətdə insanlar çox vaxt asan yolu seçirler ki bu da onları əksər hallarda düzgünlükdən çekinməyə vadar edir.
Məsələn:
-Uzaq bir səfərə çıxarkən mənzil başına çatmaq üçün müxtəlif istifadə vasitələri vardır.
-piyada,Velosibet,Motosiklet,Avtomobil,Avtobus,Qatar,Təyyarə,və.s.
-Bunlar insan oğlunun fikrinə daxil olur.Hansıyla gedərkən aqibətinin necə olacağı da ona təhlil edilir ve içlərindən birini seçməkdə sərbəst buraxılır.
O öz şüuruyla bunu seçir.İnsan məhz bu seçimlər əsasında yaşayır.Bu
Seçimlərlə özünə həyat qurur ve öz axirətini hazırlayır.
-Unutmayın ki tanrı fikrinizdən keçənləri belə bilir .
-Xəbərdarlığı sizə qurani kərimdə boş yerə olunmayıb.
- Uzaq səfərə çıxmaq üçün bildiyimiz kimi ən tez mənzilə yetişmək üçün təyyarədən istifadə olunur.Hər yeri görmək və sərbəst şəkildə getmək üçün qatardan,Cibinizin imkanı cəhətden ən ucuz nəqliyyat vasitəsi kimi avtobusdan,Gəzmək əylənmək özünüzü sərbəst rahat hiss etmək üçün avtomobildən,Təklik sərbəstlik sevənlər istənilən maraq dairəsində olan mümkün yerlərə ən rahat şəkildə maneyələri dəf edərək hərəkət etmək imkanlarına sahib olan motosikllardan.istifadə edirlər.Velosibeddən isə əsasən turistlik məqsədlərlə istifadə olunur .Piyada getmək ən təhlükəsiz irəliləyiş hesab edilir.
-İnsan bunlardan birini seçərkən hansını seçdiyi yox nəyə görə seçdiyi
daha önəmlidir.
-Əvvəldən qeyd etdiyim kimi seçimlər verilir şüur yaradılışdan verilib.Seçimləri seçməkdə isə insan sərbəst buraxılır.Qərar verən hər bir
insan seçdiyinin doğru ve ya yanlış olduğunu bilərək ya qəsdən ya da
basqı altında qalaraq israrla bu yolu seçirlər.Elə bir şüurlu insan yoxdur ki getdiyi yol yanlışdırsa ondan xəbərdar olmasın.
Şüurla hərəkətin əsası odur ki bu yola son qoysun. Bacarmaram deyə bir fikirlə özünə haq vermək şeytani əməl və iradəsizlikdir.
-Unutmayaq ki yoxdan var edilən insan heç bir dünya malına sahib
olmadan yalnız şüuruyla yaradılmışdır.
-Dünya malını əldə etməyə yox doğru həyatını qurmağa möhtac olmadan yaşamağa halal yeməyə önce özünü düşünürək əvvəlcə sənə ehtiyacı olanları möhtac qoymamağa , sonra digər insanlara yardım etməyə çalış.
Səndən nəsihət istəyənləri doğru yönləndir.Hər işdə nəsihət almağı unutma ancaq sonda qərarını özün ver ümidini itirmə.Dünya malı üçün təəsüflənmə.Nə olur olsun namusunla yaşa.Haramın olduğu yerdən uzaqlaş.Her zaman hədəfin olsun ve bu yolda inamla ilərlə.Sonunu bilmədiyin yola çıxmaq mənasız və hədərdir.
-Bir işə başlarkən ve son verərkən nəticəsi haqda düşün ve ola biləcək
bütün olasılıkları nəzərə al ən doğrusunu seç.
--Dinimizdə də əsas sayılan təhsilə yiyəlenmək hər şeydən əvvəldir.Heyatın gələcəyin haqqında düşünərkən hər şeydən əvvəl təhsilini düşün və təhsilə aparan doğru halal yollarla get.Sənətini
Mükəmməl öyrənməyə çalış.Peşəkar sənətçi millət üçün xeyrlidir. Xeyrli insanlar yaradanında sevdiyi qullarındandır.
-Həyat yollarında yeni ailə qurmağı heç vaxt təhsildən ön plana çəkmə.Təhsil bir növ sərbəst həyatın təminatçısıdır.Yalnız ailə qurmaqla insan xoşbəxt olmur.Xoşbəxtlik üçün insanın bir mənzilə normal madiyyata ailənin şüurla idarə olunmasına ailə daxili müəyyən sərbəstliyə əe sevgiyə ailədə hər zaman ehtiyac vardır.
-Ailə quran qız ve ya oğlan hər ikisi ayrı-ayrılıqda gəlir əldə etməyə qadir deyilsə əlbət ki halal yollarla.deməli bu ailə sonu düşünülməmiş qurulan bir ailədir.Çünki bunlardan madiyyatı təmin eden tərəf bu imkanında məhrum olarsa artıq ailənin dağılması və ya ailənin
Digər insanlara möhtac olması ailə daxili söz-söhbətlərin yaranması
qaçınılmazdır.
-Heç bir insan kimdənsə aslı olmağı sevmir.Bu asıllıqdan qurtulmaq üçün insan səy göstərməlidir əgər sağlamlıq insana mane olmursa bunun öhdəsindən gəlmək mümkündür.Əvvəlcə insan madiyyatını özü qarşılaya bilməlidir.Bu isə sadə bir iş yeri ilə və ya hər hansı bir iş yerində çalışmaqla həll olunmur.İnsan çalışdığı yerləri dostluq etdiyi şəxsləri və ən önəmlisi ailə quracağı şəxsi əvvəlcə özünə yaraşdırmalı
sonra ailəsinə.
-Çalışdığı yer həqiqətən təmiz ədalətli namuslu çalışmağa imkan
Verməlidir ki burada çalışdığın üçün çəkinmək yerinə özünlə ailənsə
Səninlə fəxr etsin.Şərt deyil gəlirin çox olsun.Yoldaşlarıda elə insanlar
olmalıdır ki onunla yoldaşlıq etdiyin üçün özünlə fəxr edəsən ve ailəndə
sənin düzgün yoldaş seçə bildiyin üçün səninlə fəxr etsin.Elə yoldaşlıq
etməlisən ki onlarda səninlə yoldaşlıq etdikləri üçün qürur duysunlar təbii ki söhbət maddi üstünlükdən getmir əsas odur ki insan kimi insan olsun.
-Həytın ən önəmli qerarı həyat yoldaşını seçə bilməkdir.Sevdiyin şəxs elə biri olmalıdır ki onun ailə mədəniyyəti ailə mədəniyyətinə uyğun olsun.
Əks halda ailələr arasında heç bir ünsiyyət qurulmayacaq ve ailəndən məhrum olacaqsan.Həyatda dayaqsız insan sərbəst və arxayınlıqla ilərləyə bilmez.
Övlada dayaq ata evidir bunu isə kiməsə görə itirməyə dəyməz.Onların haqqı danılmaz faktdır.Ona görədə bu məsələ insan həyatının ən mürəkkəb məsələsidir.Diqqətli olmaq lazımdır ki atılan hər bir
Səhf addım insanı bütün ömrü boyu peşmançılığa ve bədbəxtçiliyə apara bilər.
Hətda hər cəhəti uyğun olduğu halda belə evinin və madiyyatının durumu da qızları maraqlandıran cəhətlərdəndir.Çünki harada və necə yaşayacaqlarını bilmək onların ən doğal haqlarıdır.Oğlanın ailəni necə saxlayacağını övladlarının necə və hansı şəraitdə
Yetişdirəcəyini əvvəlcədən bilməli ve bütün bunları bilərək razılaşdıqdan
sonra qurulan ailə daha uzun ömürlü və daha xoşbəxt ola bilər.
-Sadəcə sevirəm deyərək kor-koranə şəkildə qurulan ailələr isə ya dağılır
yada çox çətinliklərlə üzləşir.Çətinliklər içərisində böyüyən uşaqları isə
ətraf mühitdən geri qalması təhsilsiz olaraq cəmiyyət içinə çıxması və
bununla da həyatda özünə yer tapa bilməməsi ilə nəticələnə bilər.Bu cür gənclər də bu vəziyyətə düşmələrində səbəbkar olaraq valdyinlərini günahlandıracaqlar ki bu da onların müəyyən dərəcədə
üsyan etmələrinə gətirib çıxaracaqdır.
-Buna görədə unutmaq olmaz ki evlilik sadəcə bir günlük düyündən ibarət
deyil ve çox mürəkkəb məsələdir. -Bütün bunları nəzərə alaraq.Hər kəs (oğlan-qız ) əvvəlcə təhsilə elmə biliyə
yiyələnməlidir.Təhsildə uğur əldə edə bilməyənlər özlərinə hər hansı sənət
peşə seçməli ve onu mükəmməl öyrənməlidir.Sonda hər kəs öz təhsil sənət
və peşəsinə uyğun daimi iş yeri tapmalıdır.Bütün bunlardan sonra artıq
öz ayaqları üzərində durmağı bacaran şəxs ailə qurmalıdır.Əlbətdə ki bu
ailəni kimlə və necə quracağını
məsləhətləşməli ailə quracağı şəxsində öz ayaqları üstündə durub dura
bilməyəcəyinə diqqət etməli ve son qərarı özü verməlidir və bu qərarın öz şəxsi qərarı olduğundan əmin olmalıdır.Təyziq altında qurulan ailələr çoxu vaxt xoşbəxt olmur.
-Hər sevginin sonu nişan,hər nişanın sonu evlilik,hər evliliyin sonu
xoşbəxtlik olmur...

Cəlal Türksoy Rəsullu



51 488 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30