Mobil versiya
Obama ağladı - VİDA NİTQİ VİDEO
Tarix: 11-01-2017 | Saat: 17:34
Bölmə:Manşet / Karusel | çapa göndər



ABŞ prezidenti Barak Obama Çikaqo şəhərində vida nitqi söyləyib.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı 8 illik prezidentliyi dövründə başda iqtisadiyyat olmaqla, bir çox sahələrdə müvəffəqiyyətli olduğunu bildirib.
Obama “McCormick Place”də etdiyi çıxışında prezidentliyi Trampa “problemsiz bir şəkildə” təhvil verəcəyini söyləyib. “Obamacare” kimi tanınan səhiyyə islahatından Amerika iqtisadiyyatının 2008-ci ildəki maliyyə böhranından sonrakı yüksəlişinə qədər müxtəlif mövzulardan danışan Obama 8 illik rəhbərliyi dövründə ölkəni daha yaxşı vəziyyətə gətirdiyini deyib.
Xarici siyasətlə əlaqədar az danışmağa üstünlük verən ABŞ prezidenti dünyanın ən çox müzakirə etdiyi Suriya müharibəsinə heç toxunmayıb. Obama Yaxın Şərqlə əlaqədar problemlərdən də bəhs etməyib.
İŞİD terror təşkilatına qarşı aparılan mübarizədə təşkilatın bir çox liderini öldürdüklərini, beynəlxalq koalisiyanın əməliyyatları sayəsində təşkilatın əlindəki torpaqların yarısından çoxunun azad edildiyini deyib. Amerika lideri əminliyini ifadə edib ki, İŞİD terror qruplaşması dağıdılacaq.
“Amerikanı hədələyən heç kəs təhlükəsizlikdə olmayacaq”, - deyə o, əlavə edib.
Prezidentliyi dövründə terrorla mübarizədə “qanuni çərçivə”də qalmağa çalışdığını vurğulayan Obama işgəncələrə son qoyduğunu, Quantanamo həbsxanasını bağlamaq üçün mübarizə apardığını və amerikalı müsəlmanlara qarşı ayrı-seçkilik edilməsinə qarşı çıxdıqlarını vurğulayıb.
ABŞ-ın Rusiya və Çin kimi rəqiblərindən üstün olduğunu deyən Obama qeyd edib ki, öz dəyərlərindən imtina etmədikləri müddətcə bu üstünlük saxlanılacaq.
Amerika lideri həmçinin ABŞ və dünyada demokratik dəyərlərin zəiflədiyini bildirib. Onun sözlərinə görə, demokratik dəyərlər vətəndaş və beynəlxalq müharibələrin təhdidi altındadır.
Xarici siyasətdə çox əhəmiyyətli problemlərlə üzləşdiyini qeyd edən prezident Kuba, İran və “Əl-Qaidə” lideri Üsamə Bin Ladin mövzularında müvəffəqiyyətli olduğunu bildirib.
Barak Obama öz postunu yanvarın 20-də tərk edəcək. Respublikaçı Donald Tramp ABŞ-ın yeni prezidenti olacaq





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024