Mobil versiya
Terrorun qarşısında aciz qalan Türkiyənin çıxış yolu nədir?
Tarix: 03-01-2017 | Saat: 17:46
Bölmə:Aia TV | çapa göndər

Terrorun qarşısında aciz qalan Türkiyənin çıxış yolu nədir?







Türkiyə qırmızı pipikli xoruz ili olan 2017-ci ili qanla, terrorla qarşıladı...

Növbəti terror aktı yanvarın 1-də yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində İstanbuldakı "Reina" gecə klubunda törədildi.



Yeni il bayramını qeyd etmək üçün toplaşan 600-dək insanın olduğu klubda Santa Klaus geyimli terrorçu avtomatik silahdan atəş açaraq onlarla insanı qətlə yetirib və yaralayıb, daha sonra aradan çıxmağa nail olub.



Qeyd edək ki, il ərzində Türkiyənin müxtəlif yerlərində, ələlxüsus paytaxt Ankarada və ölkənin əsas turizm və ticarət şəhəri olan İstanbulda bir neçə terror aktı törədilib, nəticədə onlarla deyil, yüzlərlə insan həlak olub. Bu aktların arxasında, əsasən, ya PKK-nın, ya da İŞİD-in əli olduğu qeyd edilir.



Onlardan ən son və ən qalmaqallısı Ankarada Rusiya səfiri Andrey Karlovun qətlidir.

Bir sıra məqamlarda terrorçular məqsədlərinə nail olmaq üçün yollarda, strateji dövlət qurumlarının və ya çoxsaylı insanın toplaşdığı obyektlərin qarşısında partlayışlar törədir, digər hallarda isə xüsusən də əcnəbilərin daha çox olduğu məkanlarda avtomatik silahlardan atəş açaraq insanları qətlə yetirirlər.



Təbii ki, hər bir terror aktının məqsədi həmin dövlətin əksinə çıxdığı məsələlərə görə ondan qisas almaq, onu insan tələfatına və böyük iqtisadi zərərlərə məruz qoymaqla öz istəyinə uyğun hərəkət etdirməyə nail olmaqdır. Hazırda Türkiyədən qisas almağa çalışan qüvvələr az deyil.



Məsələ bundadır ki, Türkiyədə vəziyyət o həddə gəlib çatıb ki, burada bəzi insanlar terrora dolayısı ilə, bəzən isə hətta açıqcasına dəstək verir, terrora az qala çağırış edirlər. Bu məsələdə PKK tərəfdarlarını və radikal təmayüllü islamçıları xüsusi qeyd etmək olar. Vaxtilə İŞİD-ə rəğbət bəsləyən, İraqda və Suriyadakı terrorçulara dəstək olmaq üçün Türkiyəni tranzit ölkə kimi seçən, bəzən burada hətta rekrutla məşğul olan radikallar indi Türkiyənin özünü də az qala barıt çəlləyinə çeviriblər. Üstəgəl, Suriya ilə sərhədi açıb ölkəyə buraxılan 3 milyona yaxın qaçqının arasında potensial terrorçuların olduğu da istisna edilmir.



Milli təhlükəsizliyə məsul xüsusi xidmət və hüquq-mühafizə orqanlarının işindəki axsaqlıqlar isə açıq-aşkardır. Bir çox ölkələrdə bu orqanların fəaliyyəti artıq lətifə obyektinə çevrilir.



Maraqlı məqamlardan biri budur ki, "Reina" gecə klubunun rəhbəri hələ bir həftə əvvəl kluba hücum olacağı ilə əlaqədar xəbərdarlıq aldığını bildirmişdi. Bu xəbərdarlığı isə ABŞ kəşfiyyatı etmişdi. Buna baxmayaraq, terrorun qarşısını almaq mümkün olmadı.

Bu da təbiidir. Türkiyənin kəşfiyyat və əks-kəşfiyyat orqanları ölkədə heç iyul çevrilişi barədə nə "məlumat əldə edə", nə də önləyici tədbirlər görə bilmişdi.



Bəlli dairələrə PKK, İŞİD və Türkiyədə terror aktları tödərən qruplaşmaların hansı dövlətlər və qüvvələr tərəfindən dəstəkləndiyi və bəsləndiyi məlumdur. Məqsəd də yuxarıda qeyd edildiyi kimi, Türkiyəni zəiflətmək, onu öz istədiklərini etməyə vadar etməkdir.



Düzdür, Türkiyə rəsmiləri bu terror aktları ilə onları sındırmağın mümkün olmadığını, buna görə terrorçulara endirilən zərbənin ağır olacağını deyirlər. Amma fakt budur ki, ölkədə terrorun və onu törədən qüvvələrin sayı və miqyası getdikcə artır.



Bunun qarşısını almaq üçün isə Türkiyənin bir yolu var. Pafoslu çıxışları bir kənara qoyub daha radikal, lakin peşəkarlığa söykənən addımlar atılmalı, ən qısa müddətdə xüsusi xidmət və hüquq-mühafizə orqanlarının daxilində təmizləmə əməliyyatı aparılmalı, istər ölkə daxilində, istərsə də xaricində potensial terrorçulara, milli təhlükəsizliyə təhdid olan dağıdıcı qüvvələrə qarşı ən sərt tədbirlər görməkdən, eləcə də terrorçuların öz yuvalarında amansız qisas əməliyyatları həyata keçirməkdən, həmçinin dostunun və düşməninin adını açıq şəkildə söyləməkdən çəkinilməməlidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024