Mobil versiya
Bakıda özünü körpüdən atan kişinin cibindən məktub çıxdı.
Tarix: 26-12-2016 | Saat: 12:27
Bölmə:Gündəm / Aia TV | çapa göndər

Bakıda özünü körpüdən atan kişinin cibindən məktub çıxdı.




Ötən gün gecə saatlarında Zərdab rayon sakini, 33 yaşlı Anar Nazir oğlu Qasımov DYP-nin Ekologiya postunun yaxınlığındakı körpüdən özünü asfalt örtüyünün üstünə ataraq intihar edib.

Milli.Az bildirir ki, salamnews-a daxil olan məlumata görə, ərazidə xidmət aparan Dövlət Yol Polis İdarəsinin əməkdaşları gəncin meyitini avtomobil şosesindən götürüblər və müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Abşeron rayon şöbəsinə aparıblar. Məlum olub ki, Anar Qasımov aldığı küt travmalar nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. İşi araşdıran prokurorun böyük köməkçisi İbrahim İsmayılzadənin bildirdiyinə görə, Zərdab rayon sakininin cibindən öz xətti ilə yazılan məktub çıxıb. Mərhumun məktubunda qeyd olunub: "Ölümümdə heç kimi günahkar görməyin".

-----------

09:30

Bakı-Sumqayıt şossesində, Ekologiya postunun yaxınlığında 1983-cü il təvəllüdlü Qasımov Anar Nazir oğlu özünü körpüdən aşağı atıb.

Milli.Az report-a istinadən xəbər verir ki, A.Qasımov hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024