Mobil versiya
"Evdə tək"in aktyorunun illər sonrakı yeni FOTOsu
Tarix: 20-12-2016 | Saat: 21:14
Bölmə:Media | çapa göndər

"Evdə tək"in aktyorunun illər sonrakı yeni FOTOsu






90-cı illərin "Evdə tək" filminin uşaq ulduzu Makoley Kalkinin yeni fotosu yayılıb.

Aia.Az axşam.az-a istinadən bildirir ki, onun fotosunu mərhum müğənni Maykl Ceksonun qızı Peris paylaşıb.

Fotoda Peris 36 yaşlı aktyorun ayaq barmaqlarına qırmızı dırnaq boyası çəkir. Aktyorun yeni fotosu maraqla qarşılanıb. İzləyicilər onun ekranlara qayıtmasını arzuladıqlarını bildiriblər.

Qeyd edək ki, "Evdə tək" filmiylə dünya səviyyəsində böyük uğur əldə edən Makoley valideynlərinin acgözlüyünün qurbanı olub. İlk filmlərdən 50 milyon dollardan çox qazanan gənc ulduzun atası rejissor və prodüsserdən tələb edir ki, filmin növbəti hissələrində onun digər uşaqları da çəkilsin. Lakin kino şirkəti bununla razılaşmır. İllər keçdikdən sonra həqiqəti öyrənən Makoley atasının bu hərəkətini ona bağışlamadığı üçün ailəsindən uzaqlaşıb və indiyə qədər də hirsi soyumayıb. Aktyorun son illərdə səfil və depressiv vəziyyətdə yayılan görüntüləri də atanın daha çox qınanılmasına səbəb olub.

2004-cü ildə narkotik maddədən istifadə etməsi iddialarıyla həbs olunan Kalkinin 2012-ci ildə yayımlanan fotolarında dəhşətli dərəcədə arıqladığı üçün hələ də narkoman olduğu deyilmişdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024