Mobil versiya
İdman və akrobatika gimnastikası üzrə Azərbaycan çempionatında ikinci gün - FOTO
Tarix: 17-12-2016 | Saat: 17:55
Bölmə:İdman | çapa göndər

İdman və akrobatika gimnastikası üzrə Azərbaycan çempionatında ikinci gün - FOTO







Bu gün Bakıda, Milli Gimnastika Arenasının köməkçi zalında kişi və qadın idman gimnastikası üzrə 23-cü Azərbaycan çempionatı, açıq Bakı birinciliyi və akrobatika gimnastikası üzrə 23-cü Azərbaycan çempionatının ikinci günü keçirilir.

Aia.az məlumatına görə, yarışların ikinci günündə kişi idman gimnastları 4 yaş kateqoriyası (balacalar - 2003-2004, yeniyetmələr - 2001-2003, gənclər - 1999-2001, böyüklər - 1998-ci il təvəllüdlülər və daha böyüklər), qadın idman gimnastları da 4 yaş kateqoriyasında (uşaqlar 2007, balacalar 2006, gənclər, böyüklər 2002-ci il və daha böyüklər) çıxış edəcəklər.

Akrobatika gimnastikası üzrə turnirdə isə balacalar (2002-2010), uşaqlar (2000-2007), yeniyetmələr (1998-2006) və böyüklər (2002-ci il təvəllüdlü və daha böyüklər) yaş kateqoriyasında yer almış kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər və qadın qrupları balans, temp və qarışıq hərəkətləri icra edəcəklər.

Yarışlarda ümumilikdə 115 gimnast Bakı Gimnastika Məktəbi, Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, "Ocaq Sport" Klubu, "Neftçi" klubu, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt şəhərini təmsil edəcəklər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024