Mobil versiya
Azərbaycanda sabah toyu olacaq gənc qəzada öldü - YENİLƏNİB - FOTO
Tarix: 17-12-2016 | Saat: 11:49
Bölmə:Cəmiyyət | çapa göndər

Azərbaycanda sabah toyu olacaq gənc qəzada öldü - YENİLƏNİB - FOTO








Astarada baş verən yol qəzasında 1 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

Aia.Az APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 16-da saat 20.30 radələrində Astara şəhəri ərazisində qeydə alınıb.

Astara şəhər sakini, 1989-cu il təvəllüdlü Samir Nizami oğlu Məmmədzadənin idarə etdiyi "BMV" markalı, 90 OE 855 dövlət nömrə nişanlı minik avtomobili onun əmisi oğlu olan Astara şəhər sakini, 1994-cü il təvəllüdlü Nicat Füzuli oğlu Məmmədzadənin idarə etdi "VAZ-2107" markalı, 07 BE 113 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

"VAZ-2107"-nin sürücüsü aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib, onun yanındakı sərnişin, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Emil Elşad oğlu Həsənov və "BMV"-nin sürücüsü isə ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanası xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə zamanı ölən "VAZ-2107" sürücüsü Nicat Məmmədzadənin sabah toyu olacaqdı. Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

----------

22:12

Astarada ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Aia.Az APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 16-da saat 20.30 radələrində Astara şəhəri ərazisində qeydə alınıb.

Sürücülərinin kimliyi hələlik məlum olmayan "BMW" markalı, 90 OE 855 dövlət nömrə nişanlı minik avtomobili "VAZ-2107" markalı, 07 BE 113 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, həmçinin onların bir sərnişini aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, daha bir nəfəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024