Mobil versiya
"Azərbaycan region üçün mühüm strateji ölkədir" - ABŞ generalı
Tarix: 17-12-2016 | Saat: 11:47
Bölmə:Siyasət | çapa göndər

"Azərbaycan region üçün mühüm strateji ölkədir" - ABŞ generalı







Azərbaycan region üçün mühüm strateji ölkədir.
Aia.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə dekabrın 17-də jurnalistlərə ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyun deyib.

General bildirib: "Bu, mənim Azərbaycana birinci səfərimdir və mən sizin etdikləriniz üçün minnətdarlıq bildirirəm. Azərbaycan Prezidenti İlham Əliyev mükəmməl liderdir, mən onunla görüşüm üçün də minnətdaram. Biz Azərbaycan Prezidenti və müdafiə naziri ilə uzunmüddətli əməkdaşlıq məsələlərini müzakirə etdik".

D.MakDyun dünyanın Azərbaycan kimi ölkələrə ehtiyacı olduğunu deyib.

ABŞ generalı deyib: "Azərbaycan Prezidentinin nəqliyyat sisteminin inkişafı üçün gördüyü işlər həm Azərbaycan, həm də bütün dünya iqtisadiyyatı üçün çox vacibdir".

Nəqliyyat komandanı ABŞ-ın Azərbaycan hərbçiləri üçün treninqlər keçirdiyini də qeyd edib: "Müstəqilliyin 25 ili ərzində Azərbaycan güclü tərəfdaşa çevrilib".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024