Mobil versiya
Rusiyada insan oğurluğuna görə azərbaycanlı tutuldu
Tarix: 15-12-2016 | Saat: 18:03
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Rusiyada insan oğurluğuna görə azərbaycanlı tutuldu




Novosibirsk vilayətində insan oğurluğuna cəhdlə bağlı cinayət işi qaldırılıb.

aia.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə mətbuata açıqlama verən Rusiya İstintaq Komitəsinin regional idarəsinin direktor müavini Anastasiya Kuleşova bildirib ki, şübhəli şəxs artıq həbs olunub.

Bu insan oğurluğunda təqsirləndirilən 51 yaşlı Azərbaycan vətəndaşıdır. Həbs olunan şəxsin kimliyi açıqlanmır.

İstintaqın nəticəsinə görə, şübhəli şəxsin maddi çətinlikləri olub, oyun cihazları aldığından böyük borcu yaranıb, buna görə də, öz keçmiş rəhbərini - 34 yaşlı Novosibirsk sakinini oğurlayıb. O, öz cinayətkar planını reallaşdırmaq üçün tanışına zəng vurub və cinayətin törədilməsi üçün icraçılar tapmağı istəyib. Lakin bu xahişdən sonra həmin şəxs hüquq-mühafizə orqanlarına zəng edərək məlumat verib.

Cinayətin icraçıları qismində "əməliyyat"da polis əməkdaşları iştirak ediblər. Onlar oğurladıqları şəxsi Lenin rayonunda kirayələdikləri evə gətiriblər. Daha sonra həmin şəxsə zəng edərək sifarişinin yerinə yetirildiyini və gəlib təhvil almasını bildiriblər. Oğurluğun təşkilatçısı mənzilə gəldikdən sonra dərhal polis əməkdaşları tərəfindən həbs olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024