Mobil versiya
Yol polisi hakimlərin maşınlarını cərimə meydançasına apardı
Tarix: 13-12-2016 | Saat: 18:55
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Yol polisi hakimlərin maşınlarını cərimə meydançasına apardı




Bu gün Bərdə şəhərində yol polisi tərəfindən reyd keçirilib.

aia.az lent.az-a istinadən xəbər verir ki, reyd Bərdənin mərkəzi küçələrində dayanma-durma qaydalarını pozan sürücülərə qarşı keçirilib. Gün ərzində qaydaları pozan xeyli avtomobil Dövlət Yol Polisinin Bərdə Rayon Şöbəsinin cərimə meydançasına aparılıb.

Yol polisi reyd zamanı Bərdə Rayon Məhkəməsinin qarşısında dayanma-durma qaydalarını pozan avtomobilləri də cərimə meydançasına aparıb. Saytın əldə etdiyi məlumata görə, məhkəmənin iki hakiminə məxsus "Toyota Prado" və "Hyundai Elantra" markalı minik avtomobilləri yol polisi tərəfindən cərimə meydançasına yerləşdirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024