Mobil versiya
Bakıda avtomobillər ucuz qiymətə hərraca çıxarılacaq
Tarix: 12-12-2016 | Saat: 14:20
Bölmə:Media | çapa göndər

Bakıda avtomobillər ucuz qiymətə hərraca çıxarılacaq




Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanvarın 10-da Yeni ilin ilk avtomobil hərracını keçirəcək.

aia.az xəbər verir ki, komitədən oxu.az-a verilən məlumata görə, həmin gün özəlləşməyə çıxarılan səhmdar cəmiyyətlər və kiçik müəssisələrlə yanaşı, ayrı-ayrı icra strukturlarının mülkiyyətində olan 12 avtomobil də satışa çıxarılacaq.

Hərraca çıxarılan avtomobillərin ilkin satış qiyməti 1300 manatdan başlayır. Siyahıda 1900 manata, 2400 manata, 2800 manata və 5500 manata satılan avtomobillər də var. Satışa çıxarılan avtomobillər 1988-2006-cı illərdə istehsal edilib.

Avtomobillərdən 6-sı Daxili İşlər Nazirliyinin, 4-ü Xüsusi Dövlət Mühafizə Xidmətinin, 1-i Dövlət Statistika Komitəsinin balansındadır.

Qeyd edək ki, hərracda iştirak etmək istəyən fiziki və ya hüquqi şəxslər həmin maşınların ilkin satış qiymətinin 10%-i məbləğində beh ödəməlidirlər.

Sifarişlər və hərraca çıxarılan avtomobillərin tam siyahısı ilə buradan tanış ola bilərsiniz.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024