Mobil versiya
Gələn il sağlamlıq proqramlarına 178 milyon manat xərclənəcək
Tarix: 15-09-2015 | Saat: 09:38
Bölmə:Səhiyyə / Aia TV / Karusel | çapa göndər

Gələn il sağlamlıq proqramlarına 178 milyon manat xərclənəcək

2016-cı ildə səhiyyə xərcləri üçün ayrılacaq vəsaitin 177,7 mln. manatı məqsədli proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək

Aia.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, böyrək çatışmazlığı xəstəliyinin mübarizəsi üzrə tədbirlərə 25,0 mln. manat, hemofiliya və talassemiya irsi qan xəstəliklərinin müalicəsi üzrə tədbirlərə 20,8 mln. manat, xərçəng xəstəliyi ilə milli mübarizə tədbirlərinin maliyyə təminatına 42,2 mln. manat, şəkərli diabet xəstəliyinin müalicəsi üzrə tədbirlərinin maliyyə təminatına 40,1 mln. manat, yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlərə 3,0 mln. manat, vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsinə 1,2 mln. sərf ediləcək. Azərbaycan Respublikasında HİV/AİDS-in qarşısının alınması və onunla mübarizəyə 2,6 mln. manat, ana və uşaqların sağlamlığının qorunması ilə bağlı tədbirlərə 3,9 mln. manat, qanın, qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair tədbirlərə 1,7 mln. manat, dağınıq skleroz xəstəliyinə tutulmuş insanların müalicə tədbirləri üçün 3,3 mln. manat, uşaqların icbari dispanserizasiyası ilə bağlı xərclərə 5,0 mln. manat, səhiyyə müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsinə, yenidən qurulmasına və əsaslı təmirinə 6,8 mln. manat, səhiyyə sahəsində islahatlarla bağlı xərclər üçün 13,0 mln. manat və digər səhiyyə tədbirlərinin həyata keçirilməsi üçün 9,1 mln. manat vəsait proqnozlaşdırılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024