Parlamentdə büdcə müzakirələri: İxtisarların qarşısı alınsın
Tarix: 7-12-2016, 14:33 | Saat: 15:47:00
Bölmə:Səhiyyə / Karusel | çapa göndər

Parlamentdə büdcə müzakirələri: İxtisarların qarşısı alınsın


Bu gün də Milli Məclisin növbəti plenar iclasında büdcə müzakirələri davam edir.

“Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən millət vəkili Jalə Əliyeva bildirib ki, bu yaxınlarda bir sıra tibb müəssisələrinin özəlləşdirilməyə çıxarılması Ucar rayonunda 3029 nəfərin işsiz qalması təhlükəsini yaratmışdı:

“Bu qədər işçinin işsiz qalması insanları narahat etməyə bilməzdi. Tibb işçiləri ölkə başçısına, baş nazirə müraciət etdilər. Bundan sonra həmin tibb müəssisələrinin özəlləşdirilməsi prosesi dayandırıldı”.

Millət vəkili Tahir Rzayev isə bildirib ki, bəzi vəzifə sahibləri büdcəni qorumaq naminə vəzifələrindən sui-istifadə edərək insanları işsiz qoyurlar: “40-50 nəfərlik ştatda olan işçilərin işdən azad edilməsi məni narahat edir.

Bu pulu kəsmək insafsızlıq olardı. Büdcə xərclərinə nəzarəti artıraraq ixtisarların qarşısı alınmalıdır. Ölkədə kiçik sahibkarlığın inkişafına yaşıl işıq yandırılmalıdır. Eyni zamanda, Gənclər Fonduna ayrılan vəsaitin bir neçə dəfə azaldılması düzgün deyil. Bu yüzlərlə gəncin ümidsiz qoyulmasıdır”.

Millət vəkili Musa Quliyev də bir sıra xəstəxanaların özəlləşdirilməsi probleminə toxunub. O qeyd edib ki, Əmək Məcəlləsinə görə bizdə işçi işdən çıxarılmamışdan bir ay əvvəl ona məlumat verilir:

“İşdən çıxarıldıqdan sonra da iki aylıq maaşı ödənilir. Ancaq indiki büdcədə işdən çıxarılmalı olan tibb işçilərinə iki aylıq maaşın hansı yolla ödənilməsi ilə bağlı bənd nəzərdə tutulmayıb. Bu pullar nəyin hesabına işçilərə ödəniləcək?”.



5378 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-03-2019
18-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}