Mobil versiya
“Kurtlar Vadisi Pusu” yenidən ekrana qayıda bilər
Tarix: 06-12-2016 | Saat: 16:50
Bölmə:Dünya | çapa göndər



Kurtlar Vadisi Pusu ilə bağlı yeni xəbərlər yayılıb. Serialın yenidən yayımlanacağı iddia edilir.

Yayımlandığı gündən reytinqlərdə birinci olan “Kurtlar Vadisi” bu mövsüm efirə çıxmadı.

Əvvəlcə, serialın heç bir kanalla anlaşa bilmədiyi deyilirdi. Sonradan isə “Pana Film”in “Terror Örgütü” ilə əlaqələri olduğu iddia edildi. Hətta “Pana Film”in 15 iyul çevriliş cəhdindən bir müddət öncə “Kurtlar Vadisi Pusu”nun patent hüququnu almaq üçün müraciət etdiyi də ortaya çıxdı. Düzdü, şirkət bu iddiaları təkzib etdi. Amma serialın yayıma başlamaması xəbərlərin daha da geniş yayılmasına səbəb oldu.

Bu günlərdə isə yeni xəbərlər yayılmağa başlayıb. İddia edilir ki, “Kurtlar Vadisi Pusu” ölkədə çevriliş cəhdindən sonra elan olunmuş fövqəladə hal başa çatandan sonra yayıma başlayacaq. Artıq serialın ssenari və yeni hekayəsinin hazır olduğu, yeni mövsümdə ssenarinin dəyişəcəyi bildirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024