Mobil versiya
Dövlət məktəbləri özəlləşdiriləcək?
Tarix: 06-12-2016 | Saat: 15:33
Bölmə:Təhsil / Karusel | çapa göndər



Repetitorluqla məşğul olan müəllimlərin məktəblə birgə fəaliyyət müqaviləsinin imzalanması yaxın gələcəkdə reallaşa bilər.

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

O qeyd edib ki, bu ilin iyul ayında Nazirlər Kabineti məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanması ilə bağlı qərar verib.

M.Vəliyeva, həmçinin təhsil müəssisələrinin özəlləşdirilməsi məsələsinə də toxunub. Bildirib ki, hər hansı təhsil müəssisəsinin özəlləşdir­ilməsi məsələsi hazırda aktual deyil, lakin bu məsələyə baxıla bilər.

“Uşaqların təhsilə əlçatan olması baxımından dövlət məktəblərinin olması daha məqsədəuyğundur. Perspektivdə dövlət təhsil müəssisələrinin özəlləşdirilməsi məsələsinə baxıla bilər”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024