Mobil versiya
Avropa Azərbaycana qapıları açır
Tarix: 01-12-2016 | Saat: 14:48
Bölmə:Manşet | çapa göndər



“Global Risk Insights” saytı Avropa İttifaqı (Aİ) ilə Azərbaycanın münasibətlərinin yeni yönündən, bu yönün dəyişməsi səbəblərindən yazıb.

Xəbər verildiyi kimi noyabrın 14-də Aİ Azərbaycanla daha yaxın əlaqələr haqda təzə «hərtərəfli saziş»in hazırlanmasına qərar verib. Ai xarici işlər nazirlərinin Avropa Komissiyasına göstərişinə əsasən, Azərbaycanla tərəfdaşlıq və əməkdaşlıq razılaşmasına yenidən baxılmalı, 1996-cı ilə təsdiqlənmiş sənəd təzəsiylə əvəzlənməlidir.

«Global Risk Insights» yazır ki, Ai müttəfiqlərini itirdiyindən özünə yeni dostlar axtarmağa, Azərbaycan kimi ölkələrə yaşıl işıq yandırmağa başlayıb. “Britaniya Aİ-n tərk edir, Rusiya ona hər addımda əngəl olur, Moldova və Bolqarıstan son seçkilərdən sonra Rusiyaya doğru meyl edib. ABŞ isə xarici siyasətinə Donald Tramp administrasiyası iş başına keçəndən sonra baxacaq. Avropa bu amillərin təsiri altında Azərbaycana doğru jest edərək, Bakı-Brüssel münasibətlərinin möhkəmlənməsinə marağının artdığını göstərir”-məqalədə deyilir.



Məqalədə qeyd olunur ki, yeni razılaşma tərəflərin ATƏT daxilində narazılıqlara son qoymasına, diqqəti iqtisadi əlaqələrin güclənməsinə toplamasına səbəb olacaq. Azərbaycanla Aİ beynəlxalq ticarətdə bir-birinə üstün ölkə statusu verməyə razı olub, bu isə növbəti müqavilələrin– daha geniş iqtisadi inteqrasiyanın bünövrəsi, avropalıların Azərbaycanda, azərbaycanlılarınsa Avropada yeni biznes imkanları qazanması deməkdir.

Müəllif hesab edir ki, fürsətdən yararlanan Azərbaycan banklarının Avropa maliyyə bazarlarına daxil olması şərtlərinin müzakirəsinə də cəhd göstərəcək. Məqalədə manatın dəyərsizləşməsi, ölkə iqtisadiyyatının durumu xatırladılır, Azərbaycanın avro kimi xarici valyutaya asanlıqla yol tapmasının zəruriliyi vurğulanır. “Azərbaycan banklarının ödəmə qabiliyyətlərini xarici ehtiyatlar və daha müxtəlif aktivlər hesabına möhkəmlətməyə ehtiyacı var”, -məqalədə eyilir.



Saytın yazdığına görə Azərbaycanın danışıqlardan yararlanacaq ölkənin özəl banklarını banklararası münasibətlərə cəlb etməyə çalışacaq. Bildirilir ki, Avropa Azərbaycan hökumətini insan haqlarının durumuna görə uzun müddətdir qınayır. «Amma Aİ siyasətçiləri eyni zamanda reallığı dərk edir, Azərbaycanın Avropa xalqlarına strateji və iqtisadi təklifindən yan keçə bilmirlər. Azərbaycan da Avropa üçün əhəmiyyətini, Rusiyaya alternativ olduğunu, Avropanın Rusiyanın enerji resurslarından asılılığını azaltdığını yaxşı dərk edir»- “Global Risk Insights” belə yazır.

Yazıda vurğulanır ki, hazırda Azərbaycanın neft və qaz ixracının 45%-i Avropadakı istehlakçılara gedir, Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) layihələri tezliklə gerçəkləşəcək, Azərbaycanın təbii qazının daha çox hissəsi 2018-ci ildən Avropaya daşınacaq.Amma Avropanın qaza tələbatı bununla ödənməyəcək. “Yeni razılaşma, görünür, Aİ ilə Azərbaycan arasında sonrakı enerji sövdələşmələrininözülünü qoyacaq”.



Sayt Aİ-nin Rusiyayla yanaşı, OPEC-in də dominantlığına qarşı dayana bilmək Azərbaycana üz çevrdiyini vurğulayır. Noyabrın 30-da OPEC, eləcə də kartelə üzv olmayan Rusiya neft hasilatını azaltmaq barədə qərar qəbul edəndən sonra yanacağın qiyməti artıb, neft bir gündə 10 faizdən çox bahalaşıb. Bu halda, Avropa ölkələri daha yaxşı variant kimi Azərbaycana tərəf baxmağa başlayıb.

“Global Risk Insights” Azərbaycanın AB-dən ötrü təkcə yanacağa görə deyil, başqa istiqamətlərdə də əhəmiyyətini vurğulayır. Hazırda Qərbin daxili limitləri keçməyə, ixracat hədəflərini genişləndirməyə çalışdığını bildirən sayt bu baxımdan Azərbaycanın AB iqtisadiyyatında mühüm rol oynayacaq kiçik dövlətlərdən birincisi ola biləcəyini yazır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024