Mobil versiya
DIQQƏT: Azərbaycanda WHATSAPP dayandırılacaq
Tarix: 01-12-2016 | Saat: 13:49
Bölmə:Media / Manşet | çapa göndər

DIQQƏT: Azərbaycanda  WHATSAPP dayandırılacaq




Azərbaycanlı sosial şəbəkə istifadəçiləri ölkədə populyar messencer olan WhatsApp-a dair şikayətlər yaymağa başlayıblar.

Aia.az xəbər verir ki, istifadəçilər proqramın onlar üçün girişi bloka saldığını, yenidən giriş üçün isə 24 saat vaxt lazım olduğunu yazırlar (skrinşot əlavə edilib).

Biz öz növbəmizdə mobil messencerin bu blokunun səbəblərini araşdırmaq qərarına gəldik.

Messencerin rəsmi saytında, FAQ bölməsində yazılana görə, əgər istifadəçinin fəallığının qaydaları pozmasına dair şirkətdə şübhə yaranarsa, WhatsApp akkauntu bağlanılır.

“Siz müvəqqəti bağlanma haqqında xəbərdarlıq alacaqsınız. Blok zamanı WhatsApp akkauntunuza giriş mümkün olmayacaq. Siz öz akkauntunuzu taymerdəki vaxt bitdikdən sonra istifadə edə bilərsiniz”, - şirkətin saytında bildirilir və akkauntun müvəqqəti bloka atılmasına səbəb olacaq davranışlar göstərilir:

- Sizin telefon nömrəniz olmayan istifadəçilərə mesaj göndərməniz. Əmin olun ki, sizin WhatsApp-da olan nömrələriniz, sizin telefon nömrənizi telefon kitabçasına qeyd edib.

- Siz çoxsaylı istifadəçi tərəfindən qısa bir müddət ərzində blok edilmisiniz. Sizdən mesaj almaq istəyən insanlarla ünsiyyət qurun.

- Sizin telefon nömrənizin olmadığı istifadəçilərlə qrupların yaradılması. Əmin olun ki, WhatsApp-da əlaqə qurduğunuz adamlar sizin telefon nömrənizi telefon kitabçalarına qeyd ediblər.

- Eyni mesajın çoxsaylı istifadəçilərə göndərilməsi. Bütün kontaktlarınıza eyni mesajı yollamaq üçün göndərmə siyahısını istifadə edin.

- Reklam və digər bu qəbildən olan kommersiya təkliflərinin göndərilməsi.

- Spam və ya digər arzuolunmaz məlumatın göndərilməsi.

- Qanunsuz, senzuraya zidd, təhqiredici, hədələyici, narahatedici, nifrət yaradan və ya irqi, etnik qarşıdurmaya səbəb olacaq qıcıqlandırıcı materialların (status, foto və ya mesaj) və ya digər yolverilməz məlumatın göndərilməsi.

- Digər istifadəçiləri bezdirmək.

- Daimi qayda pozuntuları

- WhatsApp-da avtomatik və ya qeyri-rəsmi əlavə vasitəsilə mesaj göndərmək (whatsapp+, - red.)

Məqalədə o da qeyd olunub ki, blokdan sonra istifadəçinin dostları onu 72 saat ərzində Seçilmiş kateqoriyasında və öz telefon kitabçalarında seçə bilmirlər.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024