Mobil versiya
Azərbaycan Xəzər regionunda təhlükəsizlik forpostudur
Tarix: 30-11-2016 | Saat: 13:18
Bölmə:Manşet | çapa göndər

Azərbaycan Xəzər regionunda təhlükəsizlik forpostudur

Bu gün Moskvada Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası çərçivəsində görüş keçirilib.

Görüş əvvəlcə təkbətək, daha sonra geniş formatda baş tutub.

Görüş zamanı iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.

Sergey Şoyqu deyib ki, bu il Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında əlaqələr plan üzrə gedib:

“Bu plana əlavə kimi bizim beynəlxalq terrorla mübarizəyə qarşı birgə işimizi göstərmək olar. Burada beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində vəziyyətin dəyişməsi xüsusi rol oynayır. Bizim hərbi əməkdaşlıq sahəsində planlarımız yerinə yetirilir”.

Rusiyanın müdafiə naziri onu da deyib ki, Azərbaycan bu gün Xəzər regionunda təhlükəsizlik forpostudur: “Ona görə də biz bu sahədə daha effektli əməkdaşlıq etməliyik. Ümid edirik ki, 2017-ci ildə iki ölkənin hərbi dəniz donanma komandanlığının Xəzərdə təhlükəsizlik məsələlərinin nizamlanması ilə bağlı strukturunun yaradılmasına nail olacağıq”.

Zakir Həsənov isə bildirib ki, iki ölkə arasında hərbi və hərbi-texnika sahədə əməkdaşlıq inkişaf edir. O, bugünkü görüşün hər iki ölkə üçün səmərəli olacağını deyib.

Zakir Həsənov onu da bildirib ki, hazırda Rusiya ali hərbi məktəblərində 80-dən çox azərbaycanlı kursant təhsil alır.

Görüşün sonunda müdafiə nazirləri iki ölkənin Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planını imzalayıblar.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024