Mobil versiya
Azərbaycanın iki qadın boksçusu Avropa çempionatının finalına çıxıb
Tarix: 23-11-2016, 13:22 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

Azərbaycanın iki qadın boksçusu Avropa çempionatının finalına çıxıb

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatının yarımfinal görüşləri başa çatıb.

69 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan yığmasının üzvü Yelena Vıstropova rusiyalı boksçu Səadət Abdullayevanı mübarizədən kənarlaşdırıb. Boksçumuz finalda türkiyəli Sema Galiskanı sınağa çəkəcək.

Yarımfinalda mübarizə aparan digər qadın boksçularımız Leyla Cavadova (81 kq) türkiyəli Elif Günerə, Aynur Rzayeva (+81) isə rusiyalı Zemfira Maqomedaliyevaya məğlub olaraq finalın bir addımlığında mübarizəni dayandırıblar. Hər iki boksçumuz Avropa çempionatının bürünc medalını qazanıb.

Qeyd edək ki, 54 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Anna Əlimərdanova da yarımfinalda fransalı Delfin Mançinilə döyüşdən qalib ayrılaraq adını finala yazdırıb.
Həlledici qarşılaşmada onun rəqibi ev sahibi Stanmiria Petrova olacaq.

Final görüşləri noyabrın 23-də keçiriləcək.



5583 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30