Mobil versiya
Banklar kredit kartı olanlardan əlavə vəsait tələb edir
Tarix: 23-11-2016 | Saat: 12:03
Bölmə:İqtisadiyyat | çapa göndər


Şamaxının Mirikənd kənd sakini Nailə Xəlilovaya 2 il əvvəl bank əməkdaşları tərəfindən kredit kartı verilib. Sənədləşdirmə aparılıb və deyilib ki, pul mərkəzi poçta köçürülücək. Məbləğ olaraq da 1500 manat müəyyənləşdirilib.

Nailə Xəlilova deyir ki, pulu götürüb və bir il ərzində faiziylə birlikdə ödəyib. Bir müddət sonra yenidən mesaj gəlib ki, hesabınıza pul köçürülüb. Lakin qadın pulu almayıb.

Sonradan da borc məhkəmə vasitəsi ilə Nailə Xəlilovanın maaşına yönləndirilib və hər ay müəyyən məbləğdə pul çıxılır. Bir müddət əvvəl o, məhkəmənin qərarından apelyasiya şikayəti verib.

Hüquqşünas Anar Ramazanov deyir ki, ikinci dəfə yenidən həmin hesaba kreditin yüklənib-yüklənilməməsi və borcun hansı andan etibarən ödənilməyə başlanılması müqavilədəki şərtlərdən asılıdır. Bankın əməkdaşı kredit götürən şəxsə müqavilə şərtləri barədə də dolğun məlumat verməli idi.

Anar Ramazanov bildirir ki, bank götürmədiyi kreditə görə Nailə Xəlilovadan ödəniş tələb edilə bilməz.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024