Mobil versiya
Nazirin sabiq müşaviri ifadə verdi: "Qızılları bankalara yığdıq..."
Tarix: 22-11-2016, 13:18 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Nazirin sabiq müşaviri ifadə verdi: "Qızılları bankalara yığdıq..."

Dələduzluqda təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktını elan edib. R. Əhmədov elan olunan ittiham üzrə özünü təqsirli bilməyib. Sonra zərərçəkmiş şəxs qismində Çingiz Baxşıyev ifadə verib. O ifadəsində bildirib ki, təqsirləndirilən R. Əhmədov onun yanında müfəttiş vəzifəsində işləyib:

"Qohum olduğumuz üçün mən hər şeyi ona etibar etmişəm. 12 il bir yerdə işləmişik. 2015-ci ilin axırlarında mən yoldaşımla müalicəyə gedirdim. Gedəndə qızıllarımızı Rövşən Əhmədova etibar etdim. Qızılları bankalara yığdıq, üstünə də içində nə olduğunu yazdıq. Rövşənə dedim ki, biz gedib gələnə kimi bunu saxla, gələndən sonra götürərik. Yoldaşım dedi ki, Rövşən biz ömür boyu nə yığmışıqsa, hamısı burdadı, bunu yaxşı saxla. Orada təxminən 6-7 kiloqram qızıl vardı".

Çingiz Baxşıyev təqsirləndirilən şəxsin ailəsinə qarşı sui-qəsd cəhdi etdiyini də deyib. Sonra Ç. Baxşıyev prokuror və vəkilin suallarını cavablandırıb.

Qeyd edək ki, R.Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı dələduzluqda ittiham edilir. Belə ki, o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.



5528 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031